Çərşənbə, May 18, 2022
Ev Blog Səhifə 421

AFFA Stankoviçi cəzalandırdı – 4 klubu cərimələdi

0

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Siyasi.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Qəbələ”  – “Keşlə” oyununda qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Azərenerji” Bakıdakı hansı yarımstansiyaları yenidən qurur?

0

“Azərenerji” “Reabilitasiya Proqramına” uyğun olaraq, Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 220 və 110 kilovoltluq sistem əhəmiyyətli əsas yarımstansiyaları yenidən qurur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

Siyasi.az ın məlumatına görə, artıq Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 220 kV-luq “Müşfiq” və Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 110 kV-luq “Zabrat” yarımstansiyaları yenidən qurularaq istismara verilib.

1968-ci ildə tikilən 110 kV-luq “8-ci kilometr” və 1976-cı ildə istismara verilən Sumqayıtdakı 110 kV-luq “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. Həmçinin 1953-cü ildə tikildiyindən istismar müddətini bir neçə dəfə keçən açıq tipli 110 kV-luq “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan”, 1968-ci ildə istismara verilən 110 kV-luq “Əhmədli” və 1949-cu ildən istismar olunan 110 kV-luq “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir.

Bütün yarımstansiyalarda rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə məkəzləri tikilir. Nəticədə güc çatışmazlığı aradan qaldırılmaqla yanaşı etibarlıq və dayanıqlıq təmin edilir.
Nəzərinizə çatdıraq ki, qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ümumilikdə 20-dək yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.

Bu ay 12 rayonda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılır.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.

Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq.

Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur.

Sabah temperatur 16 dərəcəyə çatacaq

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 fevralda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən Siyasi.az a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 5-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Fatimənin böyüdüyü və gəlin köçdüyü kənddən reportaj – “İki balam getdi…”

0

BBCAzərbaycancanın əməkdaşı toyundan iki həftə sonra qətlə yetirilən 16 yaşlı Fatimə Qəmbərovanın doğulduğu Masallının Həsənli və gəlin köçdüyü Xoşçobanlı kəndlərində olub.

Siyasi.az həmin videoreportajı təqdim edir:

Qeyd edək ki, Fatimənin qətli ilə bağlı həyat yoldaşı İman Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada qeyd edilirdi ki,  F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi

0

İş Adamı, İctimai Xadim Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi.

Siyasi.az xəbər verir ki, Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” faültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, i.ctimai və iqtisadi layihələrin müəllifidir.

Qeyd edək ki, Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub

“Fərqli”xana – Elşən Gəncəvi

0

Bir gün çayxanalarda öldürdüyümüz zaman bizim qapımızı gerçək ölümlə döyəcək.

Rumıniyadan gəldiyim ilk gündən fərqli geyim tərzimə görə insanlar heç vaxt təsəvvür etmədiyi bir “uzaylı”nı görmüş kimi davranırdılar.

Kimlərsə gülümsəyir, kimlər isə məni yer kürəsini məhv edəcək biri kimi baxışları ilə məhv etməyə çalışırdı. Çayxanada zamanlarını öldürən gənclər fərqli görünüşlərə həmişə “adekvat” cavablar verirlər. Əks fikirli olmaqlarını sənə eşitdirəcək dərəcədə müzakirəni aparırlar. Ən maraqlısı, çənəmdən uzanan saqqala müxtəlif heyvan səslərini çıxardaraq özlərini ifadə etmələridir.

Mentalitetimizə zidd olan müxtəlif saç və saqqala qarşı dərhal reaksiya verilməlidir. Daha maraqlı bir hadisə, Sahil metrosunun içində bir cavan oğlan nəzərə çarpır. Əlində avtomobil “kalonka”sı və yüksək səsli meyxana. Diqqət həmin oğlana. Bakı həmin gənclə hesablaşır. Ona qarşı heç kim əks fikirdə deyil, heç kim onun etdiyini başqa canlının hərəkətinə bənzətmir. Kimlərsə yenə gülümsəyir, kimlərsə musiqinin sədaları altında heç vaxt sevmədiyi qızın dərdini çəkir.

Hər bir mühit gəncləri müxtəlif düşüncələrdə formalaşdırır. Gənclər mühit baxımının düşüncəsinə görə müxtəlif təbəqələr formasında olur: Yaşadıqları şəhər və rayon çayxanası mühitində olan gənclər, tələbə mühitində olan gənclər, günlərini kitablarla keçirən gənclər, baxışları eyni olub kütlə şəklində olan gənclər, işgüzar və sağlam həyat sürən gənclər.

Şəhər və rayonlarda gənclərin bir çoxu əsasən çayxana mədəniyyətində formalaşıb. Çayxana mədəniyyətində olan gənclər gündəlik həyatında günortaya yaxın yuxudan oyanmaqla yeni, amma təkrar olan həyata başlayırlar. Günorta vaxtı gənclər çayxanada oturmaqla hər gün eyni mövzuların müzakirəsini aparırlar. Müzakirə mövzusu mentalitetdi.

Hər hansı bir insanın xarici görünüşünü müzakirə etmək maraq dairələrini genişləndirir. Maraqlar saqqal və bığ arasında toqquşur. Kimlər üçün saqqal kişilik rəmzidir, kimlər üçünsə bığ. “Əlini saqqalına çək, bığına isə toxunma – o kişilik rəmzidir”. Yaxşı səslənir.

Müxtəlif bekarçılıq nümunəsi olan – “domino”, “nərd” və s. kimi oyunlar havanın qaralmasına xidmət edir. Daşların qarışdırılması, əllərin daha möhkəm stola vurulması gecəni daha musiqili edir. Qədim dövrləri xatırladan “alov rəqsləri”nə bənzəyir. Oyun sonlarında şəhərdə yeni gözə çarpan son model avtomobilin müzakirəsi başlayır. Bir saat sonra isə son model maşından ilk yaranmış maşına qədər müzakirə davam edir. Gecə, hesabı bağlamaq lazım gəlir. Bunu oyunda məğlub olmuş həmkarlar edir. Daha sonra evə gələrək yuxuya yorğun “qəhrəman”lar kimi gedirlər.

Eyni vaxtın eyni gəncləri, paytaxtın eyni mənzərəsində.

Gəncləri xarici geyim tərzindən tutmuş yersiz hərəkətlərindən çəkinənədək hiss etmək olur. Yüksək səslə danışmaq, bayram günü “kim daha möhkəm səs çıxardır?” yarışına girmək şəhərin mərkəzini bəzəyir. Bayram olduğu zaman, qrup şəkilində yüksək səsli gülüşlər, xanımlara söz və cümlələr atmaq xüsusi ifadə metodudur. Çayxana mühitinin formalaşdırdığı gəncləri müşahidə etmək çox sadədir paytaxt şəhərimizdə.

Sonda:

Kütlə həqiqəti sevmir. Çünki həqiqət həmişə fərdlərə xidmət edir. Azərbaycanda kifayət qədər fərdiyyətini formalaşdıran gənclərin də sayı az deyil. Standart həyatı olan gənclərin işgüzar və sağlam həyat tərzi, cəmiyyətə yox, ailəyə qapanması cəmiyyətin çoxlu kütlələrdən ibarət olmasını formalaşdırır. Özünü formalaşdıran gənc işgüzarlığını həmyaşıdlarına təbliğ etməlidir.

Bütün kütlələri xalq kimi formalaşdıran fərdi nümunələr olub. Fərdlərin məsuliyyəti gələcəyi daha işıqlı edir. Bir gəncin gələcəyini yox, hətta bu gününü bir “xana”ya çevirməsi üzücüdür. İnsanların peşə seçimi etməsinə və peşəkar olmasına tərəfdaram. Cəmiyyətə alternativlər təqdim etmək, seçimləri çoxaltmaq, dünyaya iki rəngdən daha çox baxmaq vacibdir. Yaxşı təhsil almaq və vətənə xidmət etmək gərəkdir. Hər kəs fərqində olduğunu fərqli də olsa ifadə etməlidir.

“Oxu-magiya” kitabı

Siyasi.az

NAMİZƏD ELŞƏN GƏNCƏVİ KİMDİR? – DOSYE

0

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ”informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. “İctimai.az”, “İslahat.az” və “Yenigundem.az” xəbər portallarında ictimai və sosial mövzularda müəllif yazıları yazır.

“Planet Servis” şirkətində iqtisadçı vəzifəsində çalışıb. Şirkətin müxtəlif iqtisadi layihələrində stratejik konsultasiyaları reallaşdırıb.

Elşən Gəncəvi Müxtəlif sahələrdə alternativ xidmətlər təklif edən AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur. 

AMV Şirkətlər Qrupunun (AMV Group) tərkibində olan şirkətlər:

“AMV Consulting” – maliyyə və mühasibatlıq xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət ümumi mühasibatlıq, kadrlar uçotu və maliyyə xidmətləri üzrə peşəkar səviyyədə bələdçilik edir.

“AMV Finance” – analitik və stratejik maliyyə xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət yüksək keyfiyyətlə maliyyə xidmətləri, maddi risklərin aradan qaldırılması, binzesdə yaranacaq problemlərin həllərini müştərilərə təqdim edir.

“AMV Education” – alternativ təhsil və təlim xidmətləri üzrə fəaliyyət göstərir. Ölkə üzrə yerli və beynəlxalq səviyyədə təlim, seminar və təhsil proqramları xidmətlərini həyata keçirən şirkətdir.

“AMV Express” – daşınma və poçt xidmətləri üzrə fəaliyyət göstərir. Bakı şəhərində, regionlarda və dünyanın istənilən nöqtəsinə operativ şəkildə və sərfəli qiymətlər ilə çatdırılmasını həyata keçirən şirkətdir.

“AMV Law” – hüquqi və inzibati xidmətlər üzrə fəaliyyət göstərir. Bakı və regionlarda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər üçün bütün növ hüquqi xidmətlər göstərən konsaltinq şirkətidir.

“AMV SoftLab” – texnologiya və internet xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar mütəxəssislər tərəfindən bütün yenilikləri müştərilərinə təklif edir.

“AMV Travel” – turizm və səfərlərin təşkili üzrə fəaliyyət göstərir. Ölkənin və dünyanın istənilən istiqamətlərinə yüksək keyfiyyət və münasib qiymətlərlə səyahət xidmətlərini təqdim edir.

“AMVPRESS.AZ” informasiya portalı – iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə fəaliyyət göstərir. Portal 10 May 2018-ci ildən fəaliyyətə başlayıb. Portalın yaradılmasında məqsəd ölkədə və dünyada olan iqtisadi informasiyaları geniş auditoriyaya təqdim etməkdir.

İdeya müəllifi olduğu “PUBLIC AZERBAIJAN” Konsepsiyası Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə əks etdirən proqramdır.

“PUBLIC AZERBAIJAN” Konsepsiyasında “PUBLIC” Jurnalı dərc olunur, “PUBLIC AWARDS” mükafatı təqdim olunur, ictimai, iqtisadi və mədəni sahələrdə müxtəlif tədbirlər təşkil olunur.

“PUBLIC” Jurnalında müxtəlif ictimai, iqtisadi, mədəni və sosial fəaliyyətlər işıqlandırılır. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapır.

“PUBLIC AWARDS” mükafatı müxtəlif sahələrdə uğur və nümunə yaradan insanlara təqdim olunur.

“Oxu-magiya” kitabında Elşən Gəncəvinin müəllifi olduğu ictimai və sosial mövzularda məqalələri toplanıb.

Kitabda yer alan “50 milyonluq Azərbaycan xalqının Prezidenti…”, İnsan qarşısında “insan”, “Atalar və oğullar…”, “Fərqli”xana kimi məqalələr ölkə ictimaiyyətində geniş işıqlandırılaraq media qurumlarında dərc olunub.

“İran adlanan yer…”, “Ədalət axtarışı – 26.02.1992” məqalələri 6 dildə Türkiyə, Rusiya, Fransa, Almaniya, İngiltərə, İran kimi ölkələrdə geniş auditoriyalara təqdim olunub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub.

London 2012 Olimpiya və Paralimpiya Oyunlarında “Azərbaycanı Dəstəklə” kampaniyasında fəal iştirakına görə “FƏXRİ DİPLOM” ilə təltif edilib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı” tərəfindən “Təlimçilər üçün Təlim” proqramını uğurla başa vurduğu üçün “SERTİFİKAT” təqdim olunub.

“Gəncliyin Elmi-Mədəni İnkişafı” Təşkilatının Ümumilli lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə ictimai və sosial mövzularda müəllif yazılarına görə “DİPLOM” ilə təltif edilib.

“Beynəlxalq Liberal Gənclər Federasiyası” tərəfindən Rusiyada keçirilən beynəlxalq layihədə iştirakına görə “SERTİFİKAT” təqdim olunub.

“ABŞ Beynəlxalq Respublikaçılar İnsitutu” tərəfindən keçirilən “Təkmilləşdirilmiş Liderlik” kursunu uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

“Fridrix Nauman Fondu” tərəfindən Gürcüstanda keçirilən Gənc Liderlər üçün Beynəlxalq İqtisadiyyat Akademiyasını uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

Elşən Gəncəvi ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“ŞƏMS” Milli Mükafatı – “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatında fəal iştirakına görətəltif edilib.

“Təhsil Açarı” Mükafatı – Azərbaycan Gənclərinin Maarifçilik Forumunda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə layiq görülüb.

“Odlar Yurdu” Milli Mükafatına “İş Adamı” olaraq layiq görülüb.

“XƏZİNƏ” Milli Mükafatına uğurlu fəaliyyətinə görə “İş Adamı” olaraq təltif olunub.

“Türkiye Gençlik Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

“Türkiye Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi ingilis, rumın, rus və türk dillərini bilir.

Ailəlidir. Yusif Nəcəfsoy adlı oğlu, Güney Nəcəfsoy adlı qız övladı var.

Siyasi.az

“Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ)

0

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi: “Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!”

9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd, İctimai Xadim, İş Adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) “Yenigundem.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“Gəncəvi” təxəllüsünü niyə götürdüyünü belə izah edir:

“Hər bir insanın formalaşmasının əsasında bir və ya bir neçə tarixi şəxsiyyət nümunəsi olur. Mənim isə özümə bildiyim nümunə dahi şair, müdrik filosof Nizami Gəncəvidir. Gəncəvi ləqəbini Nizami Gəncəvini və onun öz əsərlərində insanlara çatdırmaq istədiyi fikirləri həyatda və dünyada yaşatmaq üçün götürmüşəm. 2003-cü ildə universitetə daxil olduqdan sonra istədim ki, məni tanıyan insanlar Gəncəvi olaraq tanısınlar. Nə qədərinə nail olduğumu isə gələcək göstərəcək. Azərbaycan cəmiyyətində mən məhz internet vasitəsi ilə Gəncəvi kimi tanındım, dünyada da nail oldum. Xaricdə təhsil aldığım zaman və ya konfranslarda iştirak etdiyim zaman bir çoxları məndən bu sualı soruşur, Gəncəvi təxəllüsünü araşdırırdı. Bir növ ictimai əlaqələrə işləyən mexanizmdir. Xarici vətəndaşlara Nizami Gəncəvi və onun irsi haqqında məlumat vermək bir qürur hissidir. “Gəncəvi 870” məqaləni hazırlayanda isə, Gəncəvi təxəllüsünə sahibləndiyimi anladım. Bu günümüzdə Gəncəvi təxəllüsü ilə bir çox mövzularda məqalə yazmağım mənim şəxsi tanıtımımda böyük bir rol oynayır.”

9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədsiniz. Namizədliyinizi irəli sürməkdə məqsədiniz nədir?

İlk olaraq qeyd edim ki, 1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd olmuşam. Biz komanda olaraq seçkiyə qatılmışıq. Xaricdə təhsil almış, yüksək elmi-bilik və idarəçilik bacarıqlarına sahib olan şəxsləri təmsil edirəm.

16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam. Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam.

Həmvətənlərimin maraqlarını Azərbaycan Respublikasının Ali Qanunverici orqanı Milli Məclisdə, Azərbaycan Respublikasının maraqlarını isə ölkəmizin xaricində şərəflə müdafiə etmək istəyirəm.

Namizədliyiniz təsdiq olunana qədərki mərhələ haqqında nələr deyə bilərsiniz?

Namizədliyimin qeydə alınmasında hər hansısa bir nöqsan müşahidə etməmişəm. DSK-da namizədliyi qeydə alınan ilk şəxslərdən biri mənəm. İmza toplama kampaniyamız qısa bir müddətdə  reallaşdı. Komandamız sayəsində prosesi qısa müddətdə bitirə bildik. Cəbrayıl əhalisi ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar. Biz imzalarımızı Biləsuvar, Saatlı, Gəncə, Sumqayıt və paytaxt Bakı şəhərində toplayıb bitirə bildik. Sonra 500 imzamızı DSK-ya təqdim etdik. Rahatlıqla deyə bilərəm ki, 5000 imza da toplaya bilərdik. Çünki, mənim bütün qohum-əqrabam hamısı Cəbrayıldandır. Hansı işdə, hansı vəzifədə olmağımdan asılı olmayaraq mən Cəbrayılımı təmsil edirəm.

Seçiciləriniz məcburi köçkünlərdir. Onlarla bağlı hansı fəaliyyət planınız var?

Onların namizədi də məcburi köçkündür. Məcburi köçkün olduğum üçün eyni hissləri yaşayırıq. Tarixə səyahət etsək, görərik ki, nə qədər çətin zamanları arxada qoymuşuq. “Hər şeyi həll edəcəm!” – fikrini ifadə etmirəm. İnsanlarımızı aldatmamalıyıq. Milli Məclisə seçilmək mənim üçün vasitədir. Millət vəkili olmaq insanlarımızın problemlərinə hüquqi yolla qiymət vermək üçün bir statusdur. Real addımlar atmaq üçün, gələcək üçün güclü olmağa ehtiyacımız var.

Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!

Rəqibləriniz haqqında hansı fikirləriniz var?

Mənim üçün rəqib anlayışı yoxdur. İş görmək və məsuliyyət anlayışı var. İnsanlara faydalı olmaq anlayışı var. Bizim faydalı olmağımızı insanlarımız tərəziyə qoymalıdır. Daha sonra seçimlərini etməlidirlər.

Mənim üçün faydalı və faydasız insanlar var. Çalışmalıyıq ki, insanlarımızın problemlərini hüquqi yollarla həll edə bilək. Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz. İnsanlara yaratdığın və gördüyün müsbət işləri nümunə göstərməlisən. Namizəd olduğum 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qalib olacağımıza inanıb bu yola çıxmışıq. Bütün namizədlərə uğurlar arzulayıram!

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkiləri necə qiymətləndirirsiniz?

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahat dalğasında əks olunan effektiv iqtisadi və kadr islahatlarına bağlıdır. Həmçinin, cənab Prezidentimiz rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib. Qanunverici orqan hakimiyyətin icraedici qolunda aparılan, bütün sahələri əhatə edən islahatlardan kənarda qala bilməzdi. Milli Məclis də ölkədəki dəyişikliklərə adekvat olmalı, yenilənməli və yeni təfəkkürə malik şəxslərdən ibarət olmalıdır.

Cənab Prezidentimiz İlham Əliyevin yeni nəslin yaradıcı və aktiv hissəsini Milli Məclisə keçirilən seçkilərdə iştirak etməyə çağırdı. Bu çağırış mənim üçün Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimul oldu.

Sizin təsəvvürünüzdə Millət vəkili necə olmalıdır?

İlk olaraq qeyd edim ki, Millət vəkilinin necə olması Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Millət vəkili seçildiyi dairənin insanlarını tanımalıdır, hüquqi və iqtisadi bilikləri mükəmməl olmalıdır. Cəmiyyətlə hesablaşmalı, dünyada gedən prosesləri anlamalıdır. Ölkənin milli maraqlarına uyğun olmayan addım atmamalıdır. Öz maraqlarını insanların maraqlarından üstün tutmamalıdır. Tənqidlərdən qaçmamalıdır. Səmimi və dost olmağı bacarmalıdır. Seçicilərinin danışan dili, görən gözü və eşidən qulağı olmalıdır.

Seçki şüarınızda “SƏSİMİZ TARİXDİR” deməklə hansı mesajı vermək istəyirsiniz?

1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə bizim şüarımız “TƏHSİL SEÇİM EDİR” ideyası idi. Bu bir mesajdır. Yəni, biz bilirik ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti insanlara təqdim etmək lazımdır.

“SƏSİMİZ TARİXDİR” deməklə biz gələcək nəsil üçün ideya təqdim edirik. Bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu müstəqillik ideyasıdır. Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı tarixdir. Tariximizi öyrənib, gələcəyimizi qorumalıyıq. Biz, Azərbaycanımızın inkişafında iştirakçı olmalıyıq. Tarix yazmaq üçün inkişaf etməliyik. İnsanlarımızı birlikdə inkişaf yolunda sərnişin olmağa və tarix yazmağa dəvət etməliyik.

9 fevral 2020-ci il tarixindən sonra hansı adımları atacaqsınız?

Millət vəkili seçilsəm, atacağımız addımların birincisi, sorğu-anketlərinin seçicilərə təqdim olunmasıdır. Qısa bir müddətdə əhalinin bu sorğuda fəal iştirak etməsini reallaşdıracağıq. Həmin sorğu-anketlər vasitəsi ilə seçicilərin sosial və ictimai statusları müəyyən ediləcək. Həmçinin, maddi və mənəvi olaraq problemlərini araşdırılacaq. Bizim hardan başlamağımızı seçicilər müəyyən edəcəklər. Daha sonra hüquqi və iqtisadi addımlarımızı atacağıq. Müxtəlif ictimai, sosial, mədəni və iqtisadi layihələr planlaşdırmışıq. Layihələrin hamısını yazıb hazırlamışıq. Gənclərin inkişafı üçün xüsusi təlimlərin keçirilməsi, qeyri-formal təhsilin tədrisi kimi ideyalarımız mövcuddur. Komanda olaraq məsuliyyətli və şərəfli missiyanı uğurla reallaşdıracağımıza əminəm.

Millət vəkili seçilməsəm, seçilən namizədi təbrik edib, işlərində uğurlar arzulayacam. Biz komanda olaraq, müsbət və faydalı təşəbbüslərə hər zaman dəstək olacağımızı bəyan etmişik. Bizimlə əməkdaşlıq etmək istəyən, ideya mübadiləsi aparmaq istəyən və ümumi maraqlara xidmət göstərmək istəyən bütün şəxslərə qapımız hər zaman açıqdır.

Baş redaktor Təbriz Məhərrəmoğlu

Siyasi.az

Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi – Foto

0

Prezident İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Siyasi.az xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Prezidentin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

XƏBƏR LENTİ

Deputat: Türkiyə hər bir uğurunda Azərbaycanı yanında görmək istəyir

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər. Dövlət...

“İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin...

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və...

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident...

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub. Siyasi.az xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Savalan kənd...

İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etdi

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II...

İtkin düşən hərbçinin ailəsi ziyarət olundu

Millət vəkili Anar Məmmədov Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Goranboy rayonu, Qaradağlı...

Deputat: “Xarıbülbül” festivalı ruhumuzun qələbəsi olmaqla yanaşı, bütün azərbaycanlıların şərəf bildiyi bir hadisəyə çevrildi

Bu“Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 32 illik işğaldan sonra ikinci dəfə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan xalqının tolerantlığının, multikulturalizm dəyərlərinə sadiqliyinin nümayişi, 44 günlük Vətən...

“Respublikanın Regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda konfransı keçirilib

Gəncə şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə "Respublikanın Regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda VIII-ci Regional...

Elşən Gəncəvi “Caspian Awards 2022” Azərbaycan layihəsində mükafatlandırılıb – FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Siyasi.az xəbər verir ki, "AVAND PRODUCTION" tərəfindən təşkil edilmiş "Caspian...

Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Siyasi.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir. İclasın gündəliyinə doqquz...