Çərşənbə, İyun 29, 2022
Ev Blog Səhifə 422

Türkiyədə zəlzələ olub

0

Türkiyənin Manisa əyalətində 3,6 bal gücündə zəlzələ olub.

Siyasi.az-ın türk mətbuatına istinadən məlumatına görə, insident yerli saatla 20:45 radələrində baş verib. Yeraltı təkanların episentri Qırxağac rayonunda, ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Ən gərgin dairədə lider müəyyənləşmədi

0

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 118 seçki dairəsində lider namizədlər bəlli olsa da, bu, 7 seçki dairəsində müəyyənləşməyib.

Bunlar arasında İqbal Ağazadə ilə Rauf Arifoğlunun rəqib olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi də var:

– 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi

– 35 saylı Xətai Üçüncü Seçki Dairəsi

– 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

– 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi

– 77 saylı Astara Seçki Dairəsi

– 123 saylı Kəlbəcər Seçki Dairəsi

– 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi

MSK seçkilərin ilkin nəticələrini açıqladı – Lider namizədlər

0

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Siyasi.az xəbər verir ki, ilk nəticələr aşağıdakı kimidir:

1 saylı Şərur- Sədərək Seçki Dairəsi 

Vasif Talıbov (YAP)  – 94.6  %

2 saylı Şərur Seçki dairəsi

İsa Həbibbəyli (YAP) – 86.3 %

3 saylı Babək-Kəngərli- Naxçıvan Seçki Dairəsi 

Səttar Möhbalıyev (bitərəf) –  83.2 %

4 saylı Naxçəvan Şəhər Seçki Dairəsi

Eldar İbrahimov (YAP) – 84.9  %

5 saylı Şahbuz-Babək Seçki Dairəsi

Siyavuş Novruzov (YAP) –  81 %

6 saylı Culfa-Babək Seçki Dairəsi 

Ülviyyə Həmzəyeva (YAP) –  69.5 %

7 saylı Ordubad-Culfa Seçki Dairəsi

Quliyev Cəbi (YAP) – 63.5 %

8 saylı Binəqədi Birinci Seçki Dairəsi

Azay Quliyev (bitərəf)       – 45.6   %

9 saylı Binəqədi İkinci Seçki Dairəsi

Kəmaləddin Qafarov (YAP) –  60.3 %

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi 

Madər Musayev (bitərəf) – 64.6 %

11 saylı Qaradağ Seçki Dairəsi

Aydın Hüseynov (YAP) – 59.2 %

12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi

Səbinə Xasıyeva (YAP)- 48.5%

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi

Rauf Əliyev (YAP) –  47.5 %

14 saylı Xəzər Seçki Dairəsi

Soltan Məmmədov ( bitərəf) – 47.2  %

15 saylı Yasamal Birinci Seçki Dairəsi

Quliyev Ülvi (bitərəf) – 42  %

16 saylı Yasamal İkinci Seçki Dairəsi 

Erkin Qədirli (bitərəf) – 34.4  %

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi 

Rasim Musabeyov (bitərəf) –  38.8 %

19 saylı Nərimanov Birinci Seçki Dairəsi 

Hikmət Məmmədov ( YAP) –  43.9%

20 saylı Nərimanov İkinci Seçki Dairəsi

Adil Əliyev (bitərəf) – 60 %

21 saylı Nəsimi Birinci Seçki Dairəsi

Məlahət İbrahimqızı (YAP)- 55.6  %

22 saylı Nəsimi İkinci Seçki Dairəsi

Asim Mollazadə (DİP) – 47.3 %

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi 

Ziyad Səmədzadə (bitərəf) – 45.8 %

24 saylı Nizami Birinci Seçki Dairəsi

Könül Nurullayeva (bitərəf)  – 46.1 %

25 saylı Nizami İkinci Seçki Dairəsi 

Sədaqət Vəliyeva (YAP) – 57.1 %

26 saylı Sabunçu Birinci Seçki Dairəsi 

Fazil Mustafa (BQP) – 47.6%

27 saylı Sabunçu İkinci Seçki Dairəsi

Əliabbas Salahzadə (YAP) – 57.6 %

28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi

Eldar Quliyev (bitərəf) – 49.2 %

29 saylı Səbail Seçki Dairəsi

Nigar Arpadarai  (bitərəf) – 42.3 %

30 saylı Suraxanı Birinci Seçki Dairəsi

Fətəliyeva Sevinc (YAP) – 62.2 %

31 saylı Suraxanı İkinci Seçki Dairəsi

Etibar Əliyev (bitərəf) – 41.4 %

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi

Afət Həsənova (YAP) – 64.9 %

33 saylı Xətai Birinci Seçki Dairəsi

Mirələmov Hüseynbala (YAP  – 47.1%

34 saylı Xətai İkinci Seçki Dairəsi

Mixail Zabelin (YAP) – 35.1 %

36 saylı Xətai Dördüncü Seçki Dairəsi

Qüdrət Həsənquliyev (BAXCP) – 45.4 %

37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi

Pərvin Kərimzadə (YAP) – 42.1 %

38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi

Həmzəyev Naqif (YAP) – 44.9 %

39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi

Müşfiq Cəfərov (YAP) – 45.8 %

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi

Musa Quliyev (YAP) – 40 %

41 saylı Sumqayıt Birinci Seçki Dairəsi

Hicran Hüseynova (YAP) – 31.5 %

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi

Emin Hacıyev (YAP)- 63.4  %

45 saylı Abşeron Seçki Dairəsi

Əsədov Oqtay (YAP) – 64.7 %

46 saylı Şirvan Seçki Dairəsi

İltizam Yusifov (bitərəf) – 49.5 %

47 saylı Mingəçevir Seçki Dairəsi

Mirzəzadə Aydın (YAP) – 26.8 %

48 saylı Yevlax Seçki Dairəsi

İlham Məmmədov (YAP) – 51.3 %

49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi

Hüseynli Əli (YAP) – 59.6 %

50 saylı Abşeron-Qobustan Seçki Dairəsi

Şahin Seyidzadə (bitərəf)  – 44.6 %

51 saylı Qusar Seçki Dairəsi

Badamov Azər (YAP)  –  56.6 %

52 saylı Quba Seçki Dairəsi

Vahid Əhmədov (bitərəf) – 50.6 %

53 saylı Quba-Qusar Seçki Dairəsi

Anatoliy Rafailov (bitərəf) – 44.1 %

54 saylı Şabran-Siyəzən Seçki Dairəsi

Sadiq Qurbanov (YAP) –  55.3 %

55 saylı Xaçmaz Şəhər Seçki Dairəsi

Eldəniz Səlimov (YAP) – 57.9 %

56 saylı Xaçmaz Kənd Seçki Dairəsi

Sevil Mikayılova (bitərəf) – 43.8 %

57 saylı Kürdəmir Seçki Dairəsi

Əminə Ağazadə (bitərəf) – 64.9 %

58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi

Rəfael Hüseynov (VHP) – 51 %

59 saylı Salyan Seçki Dairəsi

Jalə Əhmədova (bitərəf) – 59.7 %

60 saylı Salyan-Neftçala Seçki Dairəsi

Fəzail Ağamalı (AVP) – 49.2 %

61 saylı Neftçala Seçki Dairəsi

Sabir Rüstəmxanlı (VHP) – 21.4 %

62 saylı Saatlı Seçki Dairəsi

Əziz Ələkbərov (YAP) – 49 %

63 saylı Sabirabad birinci Seçki Dairəsi

Kamal Cəfərov (YAP) – 52.8 %

64 saylı Sabirabad İkinci Seçki Dairəsi

Ramin Məmmədov (YAP) – 54.6 %

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsi

Əhliman Əmiraslanov (YAP) – 63.2 %

66 saylı Biləsuvar Seçki Dairəsi

Bəhruz Məhərrəmov (bitərəf) – 52.9 %

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi

Malik Həsənov (YAP) – 65.2  %

68 saylı Cəlilabad Kənd Seçki Dairəsi

Elman Nəsirov (YAP) – 53.7 %

69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi

Fəzail İbrahimli (VHP) – 51 %

70 saylı Masallı Şəhər Seçki Dairəsi

Məşhur Məmmədov (YAP) – 64.8 %

71 saylı Masallı Kənd Seçki Dairəsi

Anar İsgəndərov (YAP) – 62.7 %

72 saylı Yardımlı-Masallı Seçki Dairəsi

Musa Qasımlı (bitərəf) – 53.9 %

73 saylı Lənkəran Şəhər Seçki Dairəsi

Rüfət Quliyev (bitərəf) – 52.9 %

74 saylı Lənkəran Kənd Seçki Dairəsi

Hadı Rəcəbli (YAP) – 53.4 %

75 saylı Lənkəran-Masallı Seçki Dairəsi

Cavanşir Paşazadə (YAP) – 61.1 %

76 saylı Lənkəran-Astara Seçki Dairəsi

Ziyafət Əsgərov (YAP) – 66.1 %

78 saylı Lerik Seçki Dairəsi

İqbal Məmmədov (YAP) – 50.2 %

79 saylı İmişli Seçki Dairəsi

Fərzəliyev Murad  (bitərəf) –23.7 %

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi

Çingiz Qənizadə (bitərəf)- 44.5 %

81 saylı Beyləqan Seçki Dairəsi

Şahin İsmayılov (YAP) -62.7 %

82 saylı Ağcabədi Seçki Dairəsi

Tahir Rzayev (YAP) – 61.5 %

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi

Aqil Abbas (bitərəf) – 61.7 %

84 saylı Füzuli Seçki Dairəsi

Vüqar Bayramov (bitərəf) – 71.2 %

85 saylı Şamaxı Seçki Dairəsi

Tamam Cəfərova (bitərəf) – 48.9 %

86 saylı İsmayıllı Seçki Dairəsi

Novruzəli Aslanov (bitərəf) – 53.7 %

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi

Tahir Kərimli (VP) – 52.4 %

88 saylı Göyçay Seçki Dairəsi

Sabir Hacıyev (VBP) – 52.5 %

89 saylı Göyçay-Ağdaş seçki dairəsi

Məzahir Əfəndiyev (bitərəf)- 63.9 %

90 saylı Ağdaş Seçki Dairəsi

Cavid Osmanov ( YAP) – 68.4 %

91 saylı Ucar seçki Dairəsi

Ramil Həsən (YAP) – 51.7 %

92 saylı Zərdab-Ucar Seçki Dairəsi

Jalə Əliyeva (bitərəf) – 51.9 %

93 saylı Bərdə Şəhər Seçki Dairəsi

Fatma Yıldırım (YAP) – 65.7 %

94 saylı Bərdə Kənd Seçki Dairəsi

Zahid Oruc (bitərəf) – 69.6 %

95 saylı Tərtər Seçki Dairəsi

Sahib Alıyev (bitərəf) – 40.3 %

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi

Anar Məmmədov (YAP) – 59 %

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi

Ağalar Vəliyev (YAP) – 68.1 %

98 saylı Şəmkir Şəhər Seçki Dairəsi

Sahibə Qafarova (YAP) – 52.1 %

99 saylı Şəmkir Kənd Seçki Dairəsi

Nurlan Həsənov ( YAP) – 61.3 %

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi

Kamran Bayramov (YAP) – 66.6 %

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi

Elşad Mirbəşiroğlu (YAP) – 54.9 %

102 saylı Samux-Şəmkir Seçki Dairəsi

Nizami Səfərov (YAP)  – 64 %

103 saylı Gədəbəy Seçki Dairəsi

Sevinc Hüseynova (YAP) – 61.4 %

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi

Arzu Nağıyev (bitərəf) – 56.2 %

105 saylı Tovuz Seçki dairəsi

Qənirə Paşayeva (bitərəf) – 69.9 %

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi

Ülviyyə Ağayeva (bitərəf) – 59 %

107 saylı Qazax Seçki Dairəsi

Seyidov Səməd (YAP) – 76.1 %

108 saylı Ağstafa Seçki Dairəsi

Nizami Cəfərov (YAP) – 53.4 %

109 saylı Balakən Seçki Dairəsi

Nəsib Məhəməliyev Nəsib – 65.3 %

110 saylı Zaqatala Seçki Dairəsi

Elşən Musayev (ADMP) – 48.8 %

111 saylı Zaqatala-Balakən Seçki Dairəsi

Kamilə Əliyeva (YAP) – 53.9 %

112 saylı Qax Seçki Dairəsi

Azər Kərimli (bitərəf) – 52.7 %

113 saylı Şəki Şəhər Seçki Dairəsi

Vüqar İsgəndərov (bitərəf) – 52. 9 %

114 saylı Şəki Kənd Birinci Seçki Dairəsi

Əli Məsimli (bitərəf) – 67.6 %

115 saylı Şəki Kənd İkinci Seçki Dairəsi

Cavanşir Feyziyev (bitərəf) – 67.6 %

116 saylı Qəbələ Seçki Dairəsi

Fəttah Heydərov (bitərəf) – 75.5 %

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi

Aqiyə Naxçıvanlı (YAP) – 65.5  %

118 saylı Ağdam Şəhər Seçki Dairəsi

Bəxtiyar Əliyev (bitərəf)- 62.7 %

119 saylı Ağdam Kənd Seçki Dairəsi

Bəxtiyar Sadıqov (YAP) – 61.2 %

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi

Ceyhun Məmmədov (YAP) – 62.7 %

121 saylı Laçın Seçki Dairəsi

Mahir Abbaszadə (YAP)  – 63.3  %

122 saylı Xankəndi Seçki Dairəsi

Tural Gəncəliyev (bitərəf) – 56.7 %

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi

Elman Məmmədov (YAP) – 58.3 %

Qeyd edək ki, aşağıdakı seçki dairələri üzrə lider namizədlər müəyyənləşməyib:

– 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi

– 35 saylı Xətai Üçüncü Seçki Dairəsi

– 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi

– 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

– 77 saylı Astara Seçki Dairəsi

– 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi

– 123 saylı Kəlbəcər Seçki Dairəsi –

Karateçilərimizdən rekord nəticə – Fotolar

0

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından daxil olan məlumata görə, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komanda ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.




Koronavirusdan ölənlərin sayı 900-ü ötdü – Yenilənib

0

Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı 871 nəfərə çatıb.

Siyasi.az ın məlumatına görə, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.

Əyalətdə bu virusa yoluxanların sayı isə 29631-dir. Bundan əlavə, 1795 pasiyent xəstəxanalardan evə buraxılıb.

2618 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 1921-i yalnız Uhan şəhərinin payına düşür.

**

Çində koronavirusdan ölənlərin sayı 908 nəfərə çatıb, 40,1 min nəfərdən çox insan bu virusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

3281 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.

Rusiyada ağır yol qəzası – 2 ölü, 38 yaralı

0

Rusiyanın Kemerovo vilayətinin Anjero-Sudjensk şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Siyasi.az ın “REN TV”yə istinadən məlumatına görə, hadisə Kemerovo- Anjero-Sudjensk avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb. Belə ki, 50 sərnişini olan avtobus sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşub.

Nəticədə avtobus sürücüsü hadisə yerində, 72 yaşlı qadın sərnişin isə xəstəxanada əməliyyat masasında dünyasını dəyişib. Bundan əlavə, 38 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

“Oskar”ın qalibləri müəyyənləşdi – Fotolar + Yenilənib

0

Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib.

Siyasi.az ın məlumatına görə, tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.

Daha sonra qaliblər müəyyənləşib:

Ən yaxşı ikinci plan aktyoru – Bred Pitt (“Bir dəfə… Hollivudda”)

Ən yaxşı cizgi filmi – “Oyuncaqların hekayəsi 4”

Ən yaxşı orijinal ssenari – “Parazitlər” filmi, Bon Cun-xo

Ən yaxşı qısametrajlı animasiya filmi – “Saça olan sevgi”

Ən yaxşı uyğunlaşdırılmış ssenari  “Dovşan Coco”, Tayka Vaytiti

Ən yaxşı rejissor – Bon Cun Xo (“Parazitlər”)

Ən yaxşı kostyum dizaynı – “Kiçik qadınlar”, Jaklin Durran

Ən yaxşı sənədli film – “American Factory”

Ən yaxşı qısametrajlı sənədli film – “Learning to Skateboard in a Warzone”

Ən yaxşı ikinci plan aktrisası – Lora Dern (“Evlilik hekayəsi”)

Ən yaxşı səs montajı – “Ford Ferrariyə qarşı”, Donald Silvestr

Ən yaxşı səs kombinasiyası – “1917”, Mark Teylor və Stüart Uilson

Ən yaxşı film – “Parazitlər”, rejissor Bon Cun Xo

Ən yaxşı film montajı – “Ford Ferrariyə qarşı”, Maykl MakKuser, Endrü Baklend

Ən yaxşı operator işi – “1917”, Rodcer Dikins

Ən yaxşı quruluşçu rəssam işi – “Bir dəfə… Hollivudda”, Barbara Linq, Nensi Hey

Ən yaxşı vizual effektlər – “1917”, Qiyom Roşrom, Qreq Batler və Dominik Tui

Ən yaxşı qrim və saç düzümü – “Qalmaqal”, Kadzu Hiro, Enn Morqan və Vivian Beyker

Ən yaxşı xarici film nominasiyası – “Parazitlər”, rejissor Bon Cun Xo

Ən yaxşı qısametrajlı film – “The Neighbors’ Window”, Marşall Karri

Ən yaxşı orijinal mahnı – “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün

Ən yaxşı kişi aktyoru – Hoakin Feniks (“Coker” filmi)

Ən yaxşı film musiqisi – “Coker”, Hildur Qudnadouttir

Ən yaxşı aktrisa – Rene Zellveqer, “Cudi” filmi














Seçkinin ilkin nəticələri bu gecə açıqlanacaq

0

Bu gecə parlament seçkilərinin ilkin nəticələri açıqlanacaq.

Siyasi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, 3200-dən (62 faiz) artıq məntəqənin nəticələri MSK-ya daxil olub.

M.Pənahov bildirib ki, 75 faiz protokol məlumatları MSK-ya daxil olandan sonra seçkilərlə bağlı ilkin nəticələr ictimailəşdiriləcək.

Bu dairələrlə bağlı ciddi araşdırma aparılacaq – Siyahı

0

“Parlament seçkilərində bəzi dairələrdə ciddi pozuntularla bağlı bizə müraciətlər daxil olub”.

Siyasi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirilən mətbuat konfransında deyib.

MSK sədrinin sözlərinə görə, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. M.Pənahov daxil olan müraciətlərin çox ciddi araşdırılacağını bildirib

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

0

ABŞ Prezidenti Donalt Trampı öldürməklə hədələyən Florida ştatının sakini Rodcer Hedcpet hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Siyasi.az-ın “The Washington Post” nəşrinə istinadən məlumatına görə, o, Ağ Evin yaxınlığında tutulub. İnsident şənbə günü səhər saatlarında baş versə də, mətbuata bu barədə bir sutkadan sonra məlumat verilib. 25 yaşlı Florida sakini polisə üzərində bıçağın olduğunu və onunla Prezident Trampı öldürmək niyyəti barədə deyib.

Rodcer Hedcpet ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu məlum olub. Sakinin üzərində 9 santimetrlik ülgüclü bıçaq və boş tapança koburası tapılıb.

XƏBƏR LENTİ

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji məqamlar” mövzusunda görüş keçirilib – FOTOLAR

24 iyun 2022-ci il tarixində "Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı...

Deputat: Bu səfər iki ölkə arasında, Türk Dövlətləri Təşkilatının həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verəcək

Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri tarixi əhəmiyyətə malik olan bir səfər oldu. Bu səfər Azərbaycanın və Özbəkistanın...

Anar Məmmədov: Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyini itirəcəkdi

Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtmasıAzərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyiniitirəcəkdi.Vətəndaş qarşıdurmasının...

Anar Məmmədov: Azərbaycan-Özbəkistan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

"Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların...

Sevinc Hüseynova: Ulu öndər Heydər Əliyev müstəqilliyimizi daimi və dönməz etdi

"Tarixi təcrübə göstərir ki, hər bir xalqın taleyində mühüm dönüş nöqtələri – həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli...

Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Siyasi.az FHN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin...

İsrailin Akko şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Akko şəhərində fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi”ndə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Siyasi.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat...

Ermənistan böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu Azərbaycanın təklifi ilə əməkdaşlıq etməkdir – Sevinc...

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında və eləcə də mədəniyyət mərkəzimiz Şuşada keçirilən IX Qlobal Bakı...

44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan ordusudur – Şərh

Ənənəvi olaraq ordu dövlətin əsas elementlərindən biri və onun mövcudluğunun təminatı hesab olunur. Buna görə də, güclü orduya malik olmayan ölkələrin risklər qarşısında qaldığı...

Naxçıvanda I BEYNƏLXALQ TİBBİ FORUM keçirildi

18-21 iyun 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə I BEYNƏLXALQ TİBBİ FORUM...