Cümə, Avqust 12, 2022
Ev Blog Səhifə 427

Yeni deputatların iş yeri – İcra başçısı, biznesmen, rektor…

0

Artıq Mərkəzi Seçki Komissiyası VI çağırış Milli Məclisə seçkilərin nəticələrini elan edib. “Qafqazinfo” xəbər verir ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiq etdikdən sonra namizədlər deputat mandatını əldə edəcəklər. Budəfəki çağırışda Milli Məclisin deputat korpusunda 43 yeni sima var.

Siyasi.az ilk dəfə deputat seçilən şəxslərin hazırkı fəaliyyətini araşdırıb. Bildirək ki, yeni simalar arasında dövlət və özəl sektorda çalışanlar var. Onlardan biri icra başçısı, digəri isə dövlət komitəsinin sədridir. Siyahıda həkim, təhsil işçisi, şöbə müdiri olanlar da var.

İki nəfər işsizdir, bir nəfər isə müvəqqəti işsizdir. Həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətində, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışanlar da var.

7 saylı Ordubad-Culfa Quliyev Cəbi (YAP)- Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru


12 saylı Qaradağ-Binəqədi-Yasamal Səbinə Xasıyeva (YAP)-Lökbatan bələdiyyəsində sədr müavini


14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)- Heydər Əliyev Fondu Beynəlxalq əlaqələr departamentinin rəisi

16 saylı Yasamal  seçki dairəsi Erkin Qədirli (bitərəf)- İşləmir.


17 saylı Yasamal seçki dairəsi Elnur Allahverdiyev (YAP)-  Heydər Əliyev Mərkəzində direktor müşaviri


24 saylı Nizami seçki dairəsi Könül Nurullayeva (bitərəf)- “Eventoc” Tədbir Əməliyyat Komitəsinin baş direktorunun müavini

27 saylı Sabunçu seçki dairəsi  Əliabbas Salahzadə (YAP)- Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiri

29 saylı Səbail seçki dairəsi Nigar Arpadarai  (bitərəf)- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

31 saylı Suraxanı seçki dairəsi  Etibar Əliyev (bitərəf)- AMEA fəlsəfə institutu, böyük elmi işçi


32 saylı Suraxanı seçki dairəsi Afət Həsənova (YAP)- Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini

35 saylı Xətai seçki dairəsi  Rauf Abbasov (Bitərəf)- “Yeni Müsavat” qəzetinin təsisçisi, baş redaktor


39 saylı Kəpəz seçki dairəsi Müşfiq Cəfərov (YAP)- Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi

41 saylı Sumqayıt seçki dairəsi Hicran Hüseynova (YAP)- Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri


43 saylı Sumqayıt seçki dairəsi  Emin Hacıyev (YAP)- Rusiyanın azərbaycanlı Gənclər Birliyində məsul katib, İdarə Heyətinin üzvü


44 saylı Sumqayıt-Xızı seçki dairəsi Müşfiq Məmmədli (YAP)- Sumqayıt şəhər uşaq xəstəxanası, baş həkim


46 saylı Şirvan seçki dairəsi İltizam Yusifov (bitərəf)- “Şirvan operating company”

50 saylı Abşeron-Qobustan seçki dairəsi Şahin Seyidzadə (bitərəf)- Təhsil İnstitutunda direktor müavini

53 saylı Quba-Qusar seçki dairəsi Anatoliy Rafailov (bitərəf)- “Sağlam Ailə” MMC-də beynəlxalq əlaqələr üzrə ekspert

54 saylı Şabran-Siyəzən seçki dairəsi Sadiq Qurbanov (YAP)- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədr müavini


56 saylı Xaçmaz kənd seçki dairəsi Sevil Mikayılova (bitərəf)- ”Trend analitik informasiya agentliyi”, baş direktorun müavini


57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)- Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi


59 saylı Salyan seçki dairəsi Jalə Əhmədova (bitərəf)-Xüsusi Dövlət Mühafizə Xidməti


62 saylı Saatlı seçki dairəsi Əziz Ələkbərov (YAP)- AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində aparıcı elmi işçi

63 saylı Sabirabad seçki dairəsi Kamal Cəfərov (YAP)- Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi


64 saylı Sabirabad seçki  dairəsi Ramin Məmmədov (YAP)- Diasporla iş üzrə Dövlət Komitəsində sədr müavini

66 saylı Biləsuvar seçki dairəsi Bəhruz Məhərrəmov (bitərəf)- “Paşa Sığorta” ASC-də korporativ hüquq xidmətinin rəhbəri


70 saylı Masallı şəhər seçki dairəsi Məşhur Məmmədov (YAP)- Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası


71 saylı Masallı kənd seçki dairəsi Anar İsgəndərov (YAP)- Bakı Dövlət Universitetində kafedra müdiri


79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)- işsiz


84 saylı seçki dairəsi  Vüqar Bayramov (bitərəf)- İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri


85 saylı Şamaxı seçki dairəsi Tamam Cəfərova (bitərəf)- Azərbaycan Dillər Universiteti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor


89 saylı seçki dairəsi Məzahir Əfəndiyev (bitərəf)- Nazirlər Kabineti Aparatının maliyyə və iqtisadiyyat şöbəsi müdirinin müavini


91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP) -müvəqqəti işsiz

93 saylı Bərdə şəhər seçki dairəsi  Fatma Yıldırım (YAP)- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının İnsan Resursları şöbəsinin müdiri


96 saylı Goranboy-Naftalan seçki dairəsi Anar Məmmədov (YAP)- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şöbə rəisi


99 saylı Şəmkir kənd seçki dairəsi Nurlan Həsənov (YAP)- Prezident Adminstrasiyasi hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi


101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Elşad Mirbəşiroğlu (YAP)- “Sosial Tədqiqatlar Mərkəzi” İdarə Heyətinin sədr müavini


102 saylı Samux-Şəmkir seçki dairəsi Nizami Səfərov (YAP)- Milli Məclis aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri


104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Arzu Nağıyev (bitərəf)- “Trend Agentliyi” MMC direktor müavini


113 saylı Şəki şəhər seçki dairəsi Vüqar İsgəndərov (YAP)- Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Ceyhun Məmmədov (YAP)- Azərbaycan İlahiyyat İnstitutunun rektoru


122 saylı Xankəndi seçki dairəsi Tural Gəncəliyev (bitərəf)-   “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin sədri


123 saylı Kəlbəcər Aqil Məmmədov (YAP)- Kəlbəcər rayon icra hakimiyyətinin başçısı

 

Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edib

0

Türkiyənin İzmir şəhərində 15-ci Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib. Sərgidə Azərbaycan tərəfdən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, sədr müavini Elton Əbdurəhmanov, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva iştirak edib.

Siyasi.az-ın məlumatına görə,əkinçilik və heyvandarlıq sahəsinə həsr olunmuş sərgidə 70 ölkədən 854 şirkət öz məhsullarını nümayiş etdirib və sərgiyə 337 000-dən artıq iştirakçı qatılıb.
İştirakçılara toxumun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlarda istifadə yolları, biçinin daha qısa zaman ərzində tamamlanması və digər aqrotexniki tədbirlər barədə məlumat verilib. Sərgini ziyarət edənlər Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş mütəxəssislərin təcrübələri ilə tanış olmaq imkanı qazanıblar.
Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçiləri Türkiyənin tanınmış və lider toxum şirkəti olan “MAY Seed” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

OPEK+ görüşünün tarixi açıqlandı

0

OPEK+ nazirlərinin görüşü fevralın sonu – martın əvvəli keçirilə bilər. 

Siyasi.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.

“Ümumiyyətlə, keçən il nazirlər görüşünün mart ayının əvvəlində olacağı barədə razılıq verilib”, – deyə Noqayev vurğulayıb.

O, hazırda hər kəsin bu tarixlə razılaşdığını, lakin ehtiyac yaranarsa, iclasın fevral ayına keçirilə biləcəyini sözlərinə əlavə edib.

Nazir OPEK-in baş katibi Məhəmməd Barkindo ilə danışdığını da qeyd edib.

Dövlət Yol Polisi müraciət yaydı

0

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib. 

Siyasi.az bununla bağlı müraciəti təqdim edir:

“Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarəetmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi tövsiyə edir.

Bundan başqa, piyadalara asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun hərəkət hissəsi ilə piyada getməmələri məsləhət bilinib .

Cahangir Hacıyevin cəzası azaldıldı

0

Dünən Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb.

Siyasi.az-ın verdiyi xəbərə görə, hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb. Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Buna səbəb də qanunvericiliyə edilən dəyişikliklərdir.

Belə ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb.

C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Türkiyədə daha bir zəlzələ oldu

0

Türkiyənin Malatya şəhərində 4 bal gücündə zəlzələ olub.

Siyasi.az ın xəbərinə görə, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 01:04-də Pütürge rayonunda qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar olmayıb.

Azərbaycan İlahiyyat İnstitutu YÖK tərəfindən tanınan ali təhsil müəssisələri siyahısına daxil edilib

0

Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) bitirənlərin diplomları, artıq Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən tanınır. Belə ki, bundan sonra İnstitutun tələbələri Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri üzrə təhsil ala biləcəklər.

Qeyd edək ki, ali təhsil müəssisəsi xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən, bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.
İnstitut tələbələrin beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaları, eyni zamanda, yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmələri üçün imkan yaradacaq.

Bakı yollarında vəziyyət necədir? – Fotolar

0

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.




Çində koronavirusdan ölənlərin sayı 1000-i keçdi

0

Çində koronavirusdan ölənlərin sayı durmadan artır.

Siyasi.az xəbər verir ki, sutka ərzində ölənlərin sayı 108 nəfər artaraq 1016 nəfərə çatıb.

Bu barədə məlumatı ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hazırda Çində 42638 nəfərin bu virusun daşıyıcısı olduğu bildirilir.

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyəyə səfər edib

0

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən rektor səfərin əsas məqsədinin Türkiyənin qabaqcıl universitetləri ilə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, tələbə-müəllim və təcrübə mübadiləsi, ikili diplom kimi məsələlərin müzakirəsi olduğunu bildirib.
Qeyd edilib ki, görüşlər, əsasən, Türkiyənin qabaqcıl araşdırma və elmi-tədqiqat universitetlərində keçiriləcək. Qardaş ölkənin bu ali təhsil müəssisələrinin elmi təcrübələri və onların əmək bazarında əlaqələri öyrəniləcək. Bundan əlavə, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universitetinin texnoparklarının innovasiya mərkəzlərinin təcrübələri ilə yaxından tanış olunacaq.
V.Vəliyev yaxın vaxtlarda genişmiqyaslı əməkdaşlıq müqavilələrinin imzalanmasının planlaşdırıldığını bildirib.
On gün davam edəcək səfər əsnasında Türkiyədə təhsil standartlarının öyrənilməsi, yeni növ kitabxanaların qurulması, sosial, innovasiya və inzibati normalarla tanışlıq məqsədilə ölkənin Ali Təhsil Şurasında da görüşlər keçiriləcək. Bu standartların gələcəkdə AzTU-da tətbiqi məsələləri müzakirə olunacaq.
Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edir.

XƏBƏR LENTİ

Pəri Tağızadə Türkiyədə keçirilən Yılın Starları ödül törənində mükafata layiq görülüb

İş xanımı Pəri Tağızadə Türkiyədə keçirilən Yılın Starları ödül törənində mükafata layiq görülüb. Siyasi.az xəbər verir ki, qardaş ölkədə hər il təşkil edilən ödül gecəsində...

Dünya şöhrətli Azərbaycanlı idmançı Rüstəm İmanzadə -Fotolar

Dünya şöhrətli Azərbaycanlı idmançı Rüstəm İmanzadənin qardaş ölkə Türkiyədə müalicəsi davam edir. Siyasi.az xəbər verir ki, beynəlxalq yarışda aldığı xəsarətdən sonra uzun müddətdir ki, idmandan ayrı düşən...

Milli Məclisin deputatı Anar Məmmədov qazilərlə görüş keçirib

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonu Kəhrizlə kəndində Vətən müharibəsi qaziləri ilə görüşüb. Siyasi.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları,...

Milli Qəhrəman Maşallah Abdullayev evində ziyarət olunub

6 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Milli Onkologiya Mərkəzində cərrahiyə əməliyyatı olunan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi evində ziyarət edib. Siyasi.az...

Anar Məmmədov Goranboy rayonunda şəhid ailələri ilə görüşüb

Goranboy rayonu Goranlı kəndində Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə şəhid ailələri ilə görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak...

Ermənistan tərəfi əslində vəziyyəti gərginləşdirməklə özünü daha ağır duruma salır – Anar Məmmədov

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin...

Putin Qarabağa görə Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Siyasi.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi...

Müdafiə Nazirliyi hazırda bölgədə vəziyyəti açıqladı

Azərbaycan Ordusunun keçirdiyi "Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Siyasi.az xəbər verir ki, bununla bağlı...

Əli Əsədovdan Şərqi Zəngəzurla bağlı SƏRƏNCAM

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti nəqliyyat vasitələri ilə təmin olunacaq. Siyasi.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun...

Gömrük Komitəsinin yeni sədr müavini kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Siyasi.az xəbər verir ki, Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub....