Cümə, Yanvar 27, 2023
Ev Blog Səhifə 457

NAMİZƏD ELŞƏN GƏNCƏVİ KİMDİR? – DOSYE

0

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ”informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. “İctimai.az”, “İslahat.az” və “Yenigundem.az” xəbər portallarında ictimai və sosial mövzularda müəllif yazıları yazır.

“Planet Servis” şirkətində iqtisadçı vəzifəsində çalışıb. Şirkətin müxtəlif iqtisadi layihələrində stratejik konsultasiyaları reallaşdırıb.

Elşən Gəncəvi Müxtəlif sahələrdə alternativ xidmətlər təklif edən AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur. 

AMV Şirkətlər Qrupunun (AMV Group) tərkibində olan şirkətlər:

“AMV Consulting” – maliyyə və mühasibatlıq xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət ümumi mühasibatlıq, kadrlar uçotu və maliyyə xidmətləri üzrə peşəkar səviyyədə bələdçilik edir.

“AMV Finance” – analitik və stratejik maliyyə xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət yüksək keyfiyyətlə maliyyə xidmətləri, maddi risklərin aradan qaldırılması, binzesdə yaranacaq problemlərin həllərini müştərilərə təqdim edir.

“AMV Education” – alternativ təhsil və təlim xidmətləri üzrə fəaliyyət göstərir. Ölkə üzrə yerli və beynəlxalq səviyyədə təlim, seminar və təhsil proqramları xidmətlərini həyata keçirən şirkətdir.

“AMV Express” – daşınma və poçt xidmətləri üzrə fəaliyyət göstərir. Bakı şəhərində, regionlarda və dünyanın istənilən nöqtəsinə operativ şəkildə və sərfəli qiymətlər ilə çatdırılmasını həyata keçirən şirkətdir.

“AMV Law” – hüquqi və inzibati xidmətlər üzrə fəaliyyət göstərir. Bakı və regionlarda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər üçün bütün növ hüquqi xidmətlər göstərən konsaltinq şirkətidir.

“AMV SoftLab” – texnologiya və internet xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar mütəxəssislər tərəfindən bütün yenilikləri müştərilərinə təklif edir.

“AMV Travel” – turizm və səfərlərin təşkili üzrə fəaliyyət göstərir. Ölkənin və dünyanın istənilən istiqamətlərinə yüksək keyfiyyət və münasib qiymətlərlə səyahət xidmətlərini təqdim edir.

“AMVPRESS.AZ” informasiya portalı – iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə fəaliyyət göstərir. Portal 10 May 2018-ci ildən fəaliyyətə başlayıb. Portalın yaradılmasında məqsəd ölkədə və dünyada olan iqtisadi informasiyaları geniş auditoriyaya təqdim etməkdir.

İdeya müəllifi olduğu “PUBLIC AZERBAIJAN” Konsepsiyası Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə əks etdirən proqramdır.

“PUBLIC AZERBAIJAN” Konsepsiyasında “PUBLIC” Jurnalı dərc olunur, “PUBLIC AWARDS” mükafatı təqdim olunur, ictimai, iqtisadi və mədəni sahələrdə müxtəlif tədbirlər təşkil olunur.

“PUBLIC” Jurnalında müxtəlif ictimai, iqtisadi, mədəni və sosial fəaliyyətlər işıqlandırılır. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapır.

“PUBLIC AWARDS” mükafatı müxtəlif sahələrdə uğur və nümunə yaradan insanlara təqdim olunur.

“Oxu-magiya” kitabında Elşən Gəncəvinin müəllifi olduğu ictimai və sosial mövzularda məqalələri toplanıb.

Kitabda yer alan “50 milyonluq Azərbaycan xalqının Prezidenti…”, İnsan qarşısında “insan”, “Atalar və oğullar…”, “Fərqli”xana kimi məqalələr ölkə ictimaiyyətində geniş işıqlandırılaraq media qurumlarında dərc olunub.

“İran adlanan yer…”, “Ədalət axtarışı – 26.02.1992” məqalələri 6 dildə Türkiyə, Rusiya, Fransa, Almaniya, İngiltərə, İran kimi ölkələrdə geniş auditoriyalara təqdim olunub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub.

London 2012 Olimpiya və Paralimpiya Oyunlarında “Azərbaycanı Dəstəklə” kampaniyasında fəal iştirakına görə “FƏXRİ DİPLOM” ilə təltif edilib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı” tərəfindən “Təlimçilər üçün Təlim” proqramını uğurla başa vurduğu üçün “SERTİFİKAT” təqdim olunub.

“Gəncliyin Elmi-Mədəni İnkişafı” Təşkilatının Ümumilli lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə ictimai və sosial mövzularda müəllif yazılarına görə “DİPLOM” ilə təltif edilib.

“Beynəlxalq Liberal Gənclər Federasiyası” tərəfindən Rusiyada keçirilən beynəlxalq layihədə iştirakına görə “SERTİFİKAT” təqdim olunub.

“ABŞ Beynəlxalq Respublikaçılar İnsitutu” tərəfindən keçirilən “Təkmilləşdirilmiş Liderlik” kursunu uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

“Fridrix Nauman Fondu” tərəfindən Gürcüstanda keçirilən Gənc Liderlər üçün Beynəlxalq İqtisadiyyat Akademiyasını uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

Elşən Gəncəvi ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“ŞƏMS” Milli Mükafatı – “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatında fəal iştirakına görətəltif edilib.

“Təhsil Açarı” Mükafatı – Azərbaycan Gənclərinin Maarifçilik Forumunda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə layiq görülüb.

“Odlar Yurdu” Milli Mükafatına “İş Adamı” olaraq layiq görülüb.

“XƏZİNƏ” Milli Mükafatına uğurlu fəaliyyətinə görə “İş Adamı” olaraq təltif olunub.

“Türkiye Gençlik Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

“Türkiye Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi ingilis, rumın, rus və türk dillərini bilir.

Ailəlidir. Yusif Nəcəfsoy adlı oğlu, Güney Nəcəfsoy adlı qız övladı var.

Siyasi.az

“Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ)

0

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi: “Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!”

9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd, İctimai Xadim, İş Adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) “Yenigundem.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“Gəncəvi” təxəllüsünü niyə götürdüyünü belə izah edir:

“Hər bir insanın formalaşmasının əsasında bir və ya bir neçə tarixi şəxsiyyət nümunəsi olur. Mənim isə özümə bildiyim nümunə dahi şair, müdrik filosof Nizami Gəncəvidir. Gəncəvi ləqəbini Nizami Gəncəvini və onun öz əsərlərində insanlara çatdırmaq istədiyi fikirləri həyatda və dünyada yaşatmaq üçün götürmüşəm. 2003-cü ildə universitetə daxil olduqdan sonra istədim ki, məni tanıyan insanlar Gəncəvi olaraq tanısınlar. Nə qədərinə nail olduğumu isə gələcək göstərəcək. Azərbaycan cəmiyyətində mən məhz internet vasitəsi ilə Gəncəvi kimi tanındım, dünyada da nail oldum. Xaricdə təhsil aldığım zaman və ya konfranslarda iştirak etdiyim zaman bir çoxları məndən bu sualı soruşur, Gəncəvi təxəllüsünü araşdırırdı. Bir növ ictimai əlaqələrə işləyən mexanizmdir. Xarici vətəndaşlara Nizami Gəncəvi və onun irsi haqqında məlumat vermək bir qürur hissidir. “Gəncəvi 870” məqaləni hazırlayanda isə, Gəncəvi təxəllüsünə sahibləndiyimi anladım. Bu günümüzdə Gəncəvi təxəllüsü ilə bir çox mövzularda məqalə yazmağım mənim şəxsi tanıtımımda böyük bir rol oynayır.”

9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədsiniz. Namizədliyinizi irəli sürməkdə məqsədiniz nədir?

İlk olaraq qeyd edim ki, 1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd olmuşam. Biz komanda olaraq seçkiyə qatılmışıq. Xaricdə təhsil almış, yüksək elmi-bilik və idarəçilik bacarıqlarına sahib olan şəxsləri təmsil edirəm.

16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam. Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam.

Həmvətənlərimin maraqlarını Azərbaycan Respublikasının Ali Qanunverici orqanı Milli Məclisdə, Azərbaycan Respublikasının maraqlarını isə ölkəmizin xaricində şərəflə müdafiə etmək istəyirəm.

Namizədliyiniz təsdiq olunana qədərki mərhələ haqqında nələr deyə bilərsiniz?

Namizədliyimin qeydə alınmasında hər hansısa bir nöqsan müşahidə etməmişəm. DSK-da namizədliyi qeydə alınan ilk şəxslərdən biri mənəm. İmza toplama kampaniyamız qısa bir müddətdə  reallaşdı. Komandamız sayəsində prosesi qısa müddətdə bitirə bildik. Cəbrayıl əhalisi ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar. Biz imzalarımızı Biləsuvar, Saatlı, Gəncə, Sumqayıt və paytaxt Bakı şəhərində toplayıb bitirə bildik. Sonra 500 imzamızı DSK-ya təqdim etdik. Rahatlıqla deyə bilərəm ki, 5000 imza da toplaya bilərdik. Çünki, mənim bütün qohum-əqrabam hamısı Cəbrayıldandır. Hansı işdə, hansı vəzifədə olmağımdan asılı olmayaraq mən Cəbrayılımı təmsil edirəm.

Seçiciləriniz məcburi köçkünlərdir. Onlarla bağlı hansı fəaliyyət planınız var?

Onların namizədi də məcburi köçkündür. Məcburi köçkün olduğum üçün eyni hissləri yaşayırıq. Tarixə səyahət etsək, görərik ki, nə qədər çətin zamanları arxada qoymuşuq. “Hər şeyi həll edəcəm!” – fikrini ifadə etmirəm. İnsanlarımızı aldatmamalıyıq. Milli Məclisə seçilmək mənim üçün vasitədir. Millət vəkili olmaq insanlarımızın problemlərinə hüquqi yolla qiymət vermək üçün bir statusdur. Real addımlar atmaq üçün, gələcək üçün güclü olmağa ehtiyacımız var.

Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!

Rəqibləriniz haqqında hansı fikirləriniz var?

Mənim üçün rəqib anlayışı yoxdur. İş görmək və məsuliyyət anlayışı var. İnsanlara faydalı olmaq anlayışı var. Bizim faydalı olmağımızı insanlarımız tərəziyə qoymalıdır. Daha sonra seçimlərini etməlidirlər.

Mənim üçün faydalı və faydasız insanlar var. Çalışmalıyıq ki, insanlarımızın problemlərini hüquqi yollarla həll edə bilək. Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz. İnsanlara yaratdığın və gördüyün müsbət işləri nümunə göstərməlisən. Namizəd olduğum 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qalib olacağımıza inanıb bu yola çıxmışıq. Bütün namizədlərə uğurlar arzulayıram!

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkiləri necə qiymətləndirirsiniz?

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahat dalğasında əks olunan effektiv iqtisadi və kadr islahatlarına bağlıdır. Həmçinin, cənab Prezidentimiz rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib. Qanunverici orqan hakimiyyətin icraedici qolunda aparılan, bütün sahələri əhatə edən islahatlardan kənarda qala bilməzdi. Milli Məclis də ölkədəki dəyişikliklərə adekvat olmalı, yenilənməli və yeni təfəkkürə malik şəxslərdən ibarət olmalıdır.

Cənab Prezidentimiz İlham Əliyevin yeni nəslin yaradıcı və aktiv hissəsini Milli Məclisə keçirilən seçkilərdə iştirak etməyə çağırdı. Bu çağırış mənim üçün Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimul oldu.

Sizin təsəvvürünüzdə Millət vəkili necə olmalıdır?

İlk olaraq qeyd edim ki, Millət vəkilinin necə olması Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Millət vəkili seçildiyi dairənin insanlarını tanımalıdır, hüquqi və iqtisadi bilikləri mükəmməl olmalıdır. Cəmiyyətlə hesablaşmalı, dünyada gedən prosesləri anlamalıdır. Ölkənin milli maraqlarına uyğun olmayan addım atmamalıdır. Öz maraqlarını insanların maraqlarından üstün tutmamalıdır. Tənqidlərdən qaçmamalıdır. Səmimi və dost olmağı bacarmalıdır. Seçicilərinin danışan dili, görən gözü və eşidən qulağı olmalıdır.

Seçki şüarınızda “SƏSİMİZ TARİXDİR” deməklə hansı mesajı vermək istəyirsiniz?

1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə bizim şüarımız “TƏHSİL SEÇİM EDİR” ideyası idi. Bu bir mesajdır. Yəni, biz bilirik ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti insanlara təqdim etmək lazımdır.

“SƏSİMİZ TARİXDİR” deməklə biz gələcək nəsil üçün ideya təqdim edirik. Bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu müstəqillik ideyasıdır. Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı tarixdir. Tariximizi öyrənib, gələcəyimizi qorumalıyıq. Biz, Azərbaycanımızın inkişafında iştirakçı olmalıyıq. Tarix yazmaq üçün inkişaf etməliyik. İnsanlarımızı birlikdə inkişaf yolunda sərnişin olmağa və tarix yazmağa dəvət etməliyik.

9 fevral 2020-ci il tarixindən sonra hansı adımları atacaqsınız?

Millət vəkili seçilsəm, atacağımız addımların birincisi, sorğu-anketlərinin seçicilərə təqdim olunmasıdır. Qısa bir müddətdə əhalinin bu sorğuda fəal iştirak etməsini reallaşdıracağıq. Həmin sorğu-anketlər vasitəsi ilə seçicilərin sosial və ictimai statusları müəyyən ediləcək. Həmçinin, maddi və mənəvi olaraq problemlərini araşdırılacaq. Bizim hardan başlamağımızı seçicilər müəyyən edəcəklər. Daha sonra hüquqi və iqtisadi addımlarımızı atacağıq. Müxtəlif ictimai, sosial, mədəni və iqtisadi layihələr planlaşdırmışıq. Layihələrin hamısını yazıb hazırlamışıq. Gənclərin inkişafı üçün xüsusi təlimlərin keçirilməsi, qeyri-formal təhsilin tədrisi kimi ideyalarımız mövcuddur. Komanda olaraq məsuliyyətli və şərəfli missiyanı uğurla reallaşdıracağımıza əminəm.

Millət vəkili seçilməsəm, seçilən namizədi təbrik edib, işlərində uğurlar arzulayacam. Biz komanda olaraq, müsbət və faydalı təşəbbüslərə hər zaman dəstək olacağımızı bəyan etmişik. Bizimlə əməkdaşlıq etmək istəyən, ideya mübadiləsi aparmaq istəyən və ümumi maraqlara xidmət göstərmək istəyən bütün şəxslərə qapımız hər zaman açıqdır.

Baş redaktor Təbriz Məhərrəmoğlu

Siyasi.az

Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi – Foto

0

Prezident İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Siyasi.az xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Prezidentin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

ELŞƏN GƏNCƏVİ SEÇİCİLƏRƏ MÜRACİƏT ETDİ

0

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçicilərə müraciət edib.

M Ü R A C İ Ə T

Əziz həmvətənlər!

Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı özünün ən mühüm tarixi dəyişiklik dövrünə qədəm qoyur. Bu tarixi dəyişiklik həm müasir dünyanın, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu müstəqilliyin tələbidir.

Tələb isə aydındır – davamlı inkişaf! Azərbaycanımızın inkişafında iştirakçı olmaq!

Hörmətli CƏBRAYIL-QUBADLI seçki dairəsinin vətəndaşları!

Mən sizlərdən biriyəm!

Mən, Cəbrayıl rayonunun Süleymanlı kəndindən ailəmlə birlikdə məcburi köçkün olmuşam. Ancaq, bu məni heç vaxt durdurmayıb. Hər zaman inanmışam ki, qələbənin bir yolu var – güclü olmaq, inanmaq, daim öz üzərində çalışmaq!

Məcburi köçkün olmağım mənə ali təhsil almağa, təhsilimi xaricdə davam etdirməyə, öz işimi qurmağa, uğurlu olmağa daim güc verib.

“Şəraiti olanlardan daha çox çalışmalıyam!” – Həyat şüarım, güc mənbəyim olub.

Hazırda isə sizin qarşınızdayam. Sizi dinləmək, səsinizi çatdırmaq və sizə də qələbələr qazanmağa dəstək olmaq istəyirəm.

Məqsədim – vətəndaşlarımızı inkişaf etdirməklə vətənimə töhfə verməkdir! Azərbaycanımızın tarix yazmasıdır!

Tarix yazmaq üçün inkişaf etməliyik!

Mən, Nəcəfov Elşən Hökümət oğlu – Sizin hər birinizi, birlikdə inkişaf yolunda sərnişin olmağa dəvət edirəm!

Sizin hər birinizi tarix yazmağa dəvət edirəm!

SƏSİMİZ TARİXDİR!

Səmimiyyətlə,

Elşən Gəncəvi

(Nəcəfov Elşən Hökumət oğlu)

Siyasi.az

Atalar və oğullar… – Elşən Gəncəvi

0

Yaş qrupları insanlar arasında “paxıllıq” düşüncəsindədir. “Mən yaşda böyüyəm, sən isə kiçiksən!” kimi düşüncə tərzləri davam edir.

Bir növ gənclərin düşüncə tərzinin və beyninin inkişaf etməsinə mane olan arakəsmədir.

“Uşaq”san!

Yaşlı və ya yaşlanacaq nəsillər özlərindən yaşca aşağı təbəqələrlə ünsiyyətdə olduqda, bir anlıq özlərini “təbəqəcə” yuxarı hiss edirlər. Hər bir gənc siyasət, iqtisadiyyat, elm, idman və s. sahələrdə nəyisə müzakirə etmək biliyinə malikdir. Amma yaşlı nəsil gənclərin sualsız mövqeyini qəbul etmir və yaş fərqini bildirməklə “uşaq” olduğunu deyirlər: “Sən uşaqsan, sənin yaşın çatmır, sən mənə ağıl verə bilməzsən!” Amma…

Yaşlı nəslin üzvü hər hansı bir sahə üzrə müzakirə etdiyində, qarşısındakı gənc dinləməlidir. Gənc nədə isə səhv edə bilər. Yaşlı nəslin işi isə səhv düzəltməkdir. Bir maraqlı məqam burasındadır ki, yaşlı nəslin üzvü qarşısındakı gəncin fikri düz olduğu zaman belə qəbul etmir. Böyük olduğunu göstərmək üçün öz fikrini bildirib, gəncin düşüncəsini səhv çıxartmaq istəyir.

Bir anlıq istək…

Çətin misal-məsələləri etdikdə özümü bir anlıq məşhur alimlə eyni səviyyədə tutardım. Hər bir məsələni asan üsullarla həll etsəm də, həmin məsələni çətin variantda da həll etmək üçün öz üsullarımdan istifadə edirdim. Amma bir dəfə əksi oldu. Çətin və uzun üsulla həll edilən misal asan yolla həll edildi.

Həmin misalı növbəti gün dayıma (Riyaziyyat müəllimim) təqdim etdim. Dayım heç cürə mənimlə razılaşmırdı. Uzun mübahisələrimdən sonra razılaşdı. Riyaziyyatçı olmaq istəyirdim, amma…

Hər hansı bir sahəni bilən insan özündən sonra davam etdirəcək tələbəsinin inkişafı üçün irəli getməsində yardımçı olmur. Vaxtı ilə ədəbiyyatda, elm sahəsində ustad olan müəllim tələbəsini özündən irəlidə görmək üçün yaşayıb. Bu gün isə hər hansı bir sahədə yaradan insan yaradıcının irəli getməsini “tənqid” ilə qarşısını almaqdadır.

Gənc “yaşlılar” fəsiləsi (25-35 yaş arası dəyişir)

Gənclər arasında ağıl vermək və tənqid sənəti geniş inkişaf edib. Bu sənətin sahibləri həmyaşıdları ilə ağsaqqallar kimi danışır, onların nəyi edib, nəyi etmədiklərini beyinlərində anket şəkilində doldururlar. Sonra isə özlərinə uyğun nəticələr çıxarırlar.

Gənc “yaşlılar” fəsiləsi özlərindən yaşca kiçik olan gənclərə nəyisə öyrətmək və inkişaf etdirmək istəmirlər. Çünki gəncin hər hansısa sahə üzrə erkən yaşda uğur qazanması gənc yaşlılar üçün həmin sahədə “itib-batmaq” təhlükəsini yaradır. Erkən yaşda uğur qazanan uğurlunu isə hər kəs “təhlükəli fiqur” kimi görür.

Önəmli olan insanın razılaşdığı məqamlardır. Razıyam, insanlar məsləhətləşməlidilər. Bilirəm ki, uğurun yeganə yolu başqaları ilə davranışdan keçir. Amma razı deyiləm, məsləhətçim olsun. İstəmirəm ki, uğursuzluq başqalarının davranışları ilə nəticələnsin. Nə isə…

Sonda:

Sizləri bilmirəm, amma mən bu gün də körpə uşaqlardan belə nələrsə öyrənirəm. Səmimi gülməyi, səmimi içdən ağlamağı öyrənmişəm. Həyatda hər hansısa bir şeyi körpə uşaq kimi istəmişəm. Bu gün mən bir körpə uşaqla ünsiyyətdə olaraq, xoş vaxt keçirərək körpə oluramsa, yaşlı nəsil isə gənclərlə ünsiyyətdə olub gənclik hissini yaşamalıdır.

“Oxu-magiya” kitabı

Siyasi.az

Yaponiyada sərnişin gəmisi koronavirusa görə karantinə alındı

0

Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Yokohama limanında sərnişin gəmisi koronavirus səbəbilə karantinə götürülüb.

“Yeni Gündem”in məlumatına görə, 2500 sərnişin və min heyət üzvündən ibarət gəmi Honkonqdan olan sərnişinlərdən birində virus aşkarlandığına görə karantinə alınıb.

Gəmidə olan bütün şəxslər növbə ilə tibbi müayinələrdən keçib. Analiz nəticələri gün ərzində açıqlanacaq.

 

“Bakı 2019 – tələbələrin bilik olimpiadası” adlı layihə keçirilib

0

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tələbələr üçün bilik olimpiadası təşkil edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından verilən məlumata görə İngilis dili, Tarix, Coğrafiya, Fizika, Psixologiya, Ədəbiyyat, Tibbi biliklər olmaqla 7 istiqamət üzrə keçirilən olimpiadaların hər biri üzrə qaliblər müəyyən edilərək mükafatlandırılmışdır.

Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd tələbə-gənclərin bilik və potensialını sınağa çəkmək üçün şərait yaratmaq, onların biliklərini artırmaq və intellektual inkişafında töhfə verməkdən ibarətdir.

XƏBƏR LENTİ

Terror dəstəkçisi (V)İran dövləti

Hər zaman sülh və təhlükəsizliyin əsas dəstəkçilərindən olan Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin...

Şaxələndirilmiş iqtisadiyyat

Prezident İlham Əliyev: “Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək” İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü illik toplantısında iştirak edən liderlərin Azərbaycanın uğurları...

Azərbaycanla Çinin birgə iqtisadi səyləri

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə neft-qaz gəlirlərindən asılılığı azaltmağa çalışır Son 20 ildə Azərbaycanda  nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib. Dövlət tərəfindən sahəyə...

Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri

Prezident İlham Əliyev: “Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq” Azərbaycan dövlətinin həyata keçirdiyi praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı...

Milli azadlıq hərəkatının zirvəsi

Qanlı Yanvar hadisəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsinin tarixi artıq xalqımızın qəhrəmanlıq salnaməsinə...

Tarixi sınaq günü

Qara Yanvar Azərbaycan millətinin azadlığı uğrunda qəhrəmanlıq mübarizəsi kimi qeyd olunur. Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsini yalnız Ümumxalq Hüzn Günü kimi qeyd etmir,...

Azərbaycanın bərpaolunan enerji potensialı

Prezident İlham Əliyev: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir” Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində zəngin neft-qaz potensialı ilə mühüm rol oynayır. Ölkəmiz...

İki sülhsevər dövlətin uğurlu əməkdaşlığı

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri  regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səy  göstərirlər Prezident İlham Əliyev 2023-cü ildə xaricə ilk işgüzar səfərini yanvarın 15-də...

Demokratik münasibətlərin təzahürü

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ölkəmizdə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir Ölkəmizdə hazırda siyasi plüralizmin inkişafına dövlət tərəfindən lazimi...