Xaçmaz gəncləri üçün “LevelUP” karyera forumu çərçivəsində “Peşə seçimi və gələcək planlama” mövzusunda panel müzakirə keçirilib.
Tədbir çərçivəsində “Peşə seçimi və gələcəyin strateji planlaşdırılması”, “Peşə seçimində özünü tanıma” və “Əmək bazarı və peşələr” mövzuları dövlət və özəl sektoru təmsil edən mütəxəssislər tərəfindən ətraflı şəkildə müzakirə olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.Göstərilən dəstəyə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təşəkkür edilib.









