Tahirə Nəbiyeva, gözəllik sahəsində göstərdiyi peşəkar fəaliyyətə və əldə etdiyi uğurlara görə Fəxri Fərmanla təltif olunub.Fəxri Fərman Global Networking Groupun direktoru Şamxal Həsənov tərəfindən təqdim edilib. Tahirə Nəbiyevanın Permanent Makeup və Keratin sahəsində göstərdiyi xidmətlər, peşəkarlığı və müştəri məmnuniyyətinə verdiyi önəm yüksək qiymətləndirilib.Onun gözəllik sektorunda qazandığı nailiyyətlər, müasir metodlardan istifadə etməsi və sahəsinə olan məsuliyyətli yanaşması xüsusi olaraq vurğulanıb. Təltif zamanı Tahirə Nəbiyevaya gələcək fəaliyyətində yeni uğurlar arzulanıb və bu mükafat onun peşəkar fəaliyyətinə verilən dəyərin göstəricisi kimi təqdim olunub.

