Məhbubə İskəndərova “Türk Dünyası Zirve Ödülleri 2“ mükafatına layiq görülübMəhbubə İskəndərova – müasir təhsil metodlarının tətbiqi və musiqi pedaqogikası sahəsində fəaliyyət göstərən gənc mütəxəssisMəhbubə İskəndərova təhsil sahəsində müasir metodik yanaşmaların tətbiqi, müəllim hazırlığı və pedaqoji fəaliyyətin inkişafı istiqamətində çalışan gənc mütəxəssislərdəndir.O, tədrisin müasir üsullarla aparılmasının metodik təşkili üzrə Təhsil və İqtisadiyyat nazirliyinin rəsmi lisenziyalı müəllimi, təhsildə metodik yanaşma üzrə mütəxəssis, müəllimlərin işə qəbulu imtahanları üzrə mentor-təlimçi, eləcə də beynəlxalq dərəcəli «Peşəkar müəllim» titulunun sahibidir.Peşəkar fəaliyyətində müasir təlim strategiyalarının, innovativ tədris üsullarının və metodik yanaşmaların tətbiqinə xüsusi önəm verən Məhbubə İskəndərova müəllimlərin peşəkar inkişafına, onların nəzəri biliklərinin və praktik bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş fəaliyyət göstərir.Müəllimlərin işə qəbulu imtahanları üzrə mentor-təlimçi kimi fəaliyyəti çərçivəsində pedaqoji biliklərin sistemləşdirilməsi, ixtisas hazırlığının gücləndirilməsi və imtahan prosesinə metodik dəstəyin göstərilməsi istiqamətində çalışır.Eyni zamanda, o, Azərbaycanın musiqi təhsili ənənələrinin qorunması və inkişafında mühüm yer tutan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsidir. Musiqi sahəsində akademik biliklərini pedaqoji təcrübə və müasir tədris metodları ilə birləşdirməyə xüsusi əhəmiyyət verir.Məhbubə İskəndərovanın fəaliyyətinin əsas istiqamətlərini təhsildə keyfiyyətin yüksəldilməsi, müasir pedaqoji yanaşmaların təşviqi, müəllimlərin peşəkar inkişafına töhfə verilməsi və musiqi təhsilinin metodik əsaslarının təkmilləşdirilməsi təşkil edir.Onun qazandığı peşəkar titullar və təhsil sahəsindəki fəaliyyəti müəllimlik peşəsinə, elmi-metodik inkişafa və davamlı öyrənməyə verdiyi önəmin göstəricisidir.

