Zəfərimizin 6-cı ildönümünə həsr olunan “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib

Zəfərimizin 6-cı ildönümü münasibətilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib.


Crescent Mall-da gənclərin iştirakı ilə təşkil olunan spontan musiqili aksiya Zəfər Gününün yaratdığı qürur və sevinc hisslərini musiqinin dili ilə ifadə edib. İştirakçılar tərəfindən səsləndirilən musiqi Vətənə sevgi, milli birlik və Zəfər ruhunu bir daha nümayiş etdirib.


Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun, Nəsimi Rayon İcra Hakimiyyətinin və PASHA Malls-un dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı Xor Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. 

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir