Azərbaycanda pərakəndə geyim sektorunda fəaliyyət göstərən iş adamlarından biri də sosial şəbəkələrdə “ilyasekspres” adı ilə tanınan İlyas Möhnətovdur. Uzun müddətdir ki, o, “Ekspres ucuzluq” geyim mağazalarının rəhbəri kimi fəaliyyət göstərir.
Gənc yaşda biznes fəaliyyətinə başlayan İlyas Möhnətov qısa müddətdə özünü işgüzar, təşəbbüskar və məqsədyönlü sahibkar kimi təsdiqləməyi bacarıb. Onun rəhbərlik etdiyi “Ekspres ucuzluq” mağazaları münasib qiymət siyasəti ilə geniş müştəri kütləsinə xidmət göstərir.
İş adamının fəaliyyəti 2019-cu ildə də diqqətdən kənarda qalmayıb. Belə ki, o, “PHENOMENON AWARDS” layihəsi çərçivəsində öz işi və bacarığı ilə fərqləndiyinə, cəmiyyətə faydalı və seçilən sahibkarlardan biri olduğuna görə “FENOMEN” adına layiq görülüb.
Mükafatlandırma zamanı qeyd edilib ki, İlyas Möhnətov öz biznes yanaşması və formalaşdırdığı iş modeli ilə fərqli sahibkarlıq nümunəsi ortaya qoyub.
2024-ci ildə iş adamı İlyas Möhnətov “Ganjavi Holding” tərəfindən təşəkkürnamə ilə təltif edilib. İş adamı “Gəncəvi Holding”in təsisinin üç illiyi münasibət ilə holdinqlə etdiyi əməkdaşlığa görə təltif olunub.
Qeyd edək ki, yerli sahibkarların fəaliyyətinin təşviqi və uğur hekayələrinin ictimaiyyətə təqdim olunması biznes mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.



