Etibar Həsənzadə “Zəfərlərə Doğru” kitabını General Polad Həşimovun ev muzeyinə hədiyyə edib.
E.Həsənzadə kitabda Polad Həşimov haqqında geniş məlumat, “General Gəlir” və “Əfsanə General” poemalarına yer verib.
P.Həşimovun anası Səmayə xanım E.Həsənzadəyə dərin təşəkkür və minnətdarlığını bildirib.
Ziyarət haqqında video çarx Etibar Salmanov YouTube.Com kanalına yüklənib.
Qeyd edək ki, müəllif “Zəfərlərə Doğru” kitabını Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı tam orta məktəbdəki Polad Həşimov muzeyinə də hədiyyə edib və səmimi qəbula görə məktəbin direktoru Arslan müəllimə təşəkkürünü bildirib. Arslan müəllim də dəyərli hədiyyəyə görə E.Həsənzadəyə təşəkkürünü bildirib.





