Şamxal Həsənov – Global Networking Group-un rəhbəri tərəfindən Loqoped-Defektoloq Gülüstan Əliyeva Fəxri Fərmanla təltif olunmuşdur.
Gülüstan Əliyeva loqopediya və defektologiya sahəsində göstərdiyi yüksək peşəkarlıqla seçilmiş, uşaqların nitq və inkişaf problemlərinin aradan qaldırılması istiqamətində gördüyü səmərəli fəaliyyət və cəmiyyətə verdiyi dəyərli töhfələrinə görə bu təltifə layiq görülmüşdür.
Təqdim olunan Fəxri Fərman onun peşə fəaliyyətindəki məsuliyyətli yanaşmasının, fədakar xidmətinin və peşəkarlığının yüksək qiymətləndirilməsinin rəsmi təsdiqidir.
Global Networking Group hər zaman peşəkarların fəaliyyətini dəstəkləmək, cəmiyyətin inkişafına töhfə verən mütəxəssisləri tanıtmaq və təşviq etmək məqsədilə müxtəlif layihələr həyata keçirir.
Gülüstan Əliyeva Loqoped-Defektoloq Fəxri Fərmanla Təltif Olundu

