Global Networking Groupun rəhbəri Şamxal Həsənov tərəfindən ZK Akademiyanın rəhbəri Günel Mövsümovaya təhsil sahəsində göstərdiyi fəaliyyətə və uğurlu işlərinə görə Fəxri Fərman təqdim olunub.
Günel Mövsümova rəhbərlik etdiyi ZK Akademiya vasitəsilə müxtəlif sahələr üzrə mütəxəssislərin yetişdirilməsi, təlim və inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Onun təhsil və inkişaf sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilib.
Global Networking Group müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların dəstəklənməsi, onların fəaliyyətinin tanıdılması və yeni əməkdaşlıqların qurulması istiqamətində layihələrini davam etdirir.
Günel Mövsümova Fəxri Fərmanla Təltif Olundu

