“Hiiram Yöresel” markasının yaradıcılarından biri olan Gurbet Ünver beynəlxalq səviyyədə əldə etdiyi uğurlara görə “Uluslararası En Prestijli Öne Çıkan Yöresel Kıyafet Markası” mükafatına layiq görülüb.
Mükafat Caspian Events Group tərəfindən Baku şəhərində təşkil olunan Global Red Carpet layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Gurbet Ünver, Hiiram Yöresel markası ilə yöresel geyim mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.

