“4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı

Gənclik Mall-da yerləşən Cinemaplus kinoteatrında “4 TƏKƏR” filminin imza günü keçirilib.

Siyasi.az xəbər verir ki, tədbirə böyük maraq göstərildiyindən kinoteatrda əsl kino bayramı ab-havası yaranıb.

İmza günündə tanınmış simalar, media nümayəndələri, ictimai xadimlər və çoxsaylı kinosevərlər iştirak ediblər.

Qonaqlar filmin yaradıcı heyəti ilə şəkil çəkdirib, imza alıblar və film barədə müsbət fikirlərini bölüşüblər.İzdiham o qədər çox olub ki, filmi izləmək üçün zalda yer çatmadığından bəzi tamaşaçılar növbəti seansa qədər gözləməli olublar.“4 TƏKƏR” filmi artıq kinoteatrlarda nümayiş olunur — siz də baxmağa tələsin.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir