Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı işıq üzü gördü.
Siyasi.az xəbər verir ki, kitab E.Həsənzadənin “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində nəşr olunan 3- cü kitabıdır.
Kitab layihə çərçivəsində Tovuz hadisələrindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla müəllifin yazmış olduğu bütün əsərləri, Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, “Baykar” şirkətinin qurucusu Özdəmir Bayraktar, “Baykar Savunma” şirkətinin texniki direktoru, Baykar Makinanın ortaq sahibi Selçuk Bayraktar, Türkiyə, Azərbaycan və Pakistanın böyük dostluq və qardaşlığı haqqında geniş məlumatları əhatə edir.
Kitabın üz qabığının tərtibatı Hikmət Əliyevə məxsusdur.

