Elşən Gəncəvi Tural Ələkbərova məxsus “Global Red Carpet 2026”  konsepsiyasının iştirakçısı olub və xüsusi mükafata layiq görülüb

Caspian Events Group” tərəfindən təşkil olunan “Global Red Carpet 2026” konsepsiyası Azərbaycan Respublikasında ikinci dəfə keçirilir. Tədbirdə iştirak edən qonaqlara mukafatlar təqdim olunub.

“Pullman Baku” otelində təşkil olunan mukafatlandırma gecəsi əməkdar artist Elnur Kərimovun təqdimatında millət vəkili Vuqar İskəndərov, xeyriyyəçi Hacı Nuran, müğənni Rübail Əzimov, xalq artisti Məleykə Əsədova və müxtəlif sahələr üzrə peşəkar şəxslər və şirkətlər də mükafatlandırılıb. Həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Cənubi Kipr ölkələrinin iş adamları mükafatçılar sırasında olub.

İctimai və iqtisadi sahələrdə uğurlarına görə Elşən Gəncəvi də “İş adamı” nominantına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

 “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətlər fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, media üzərindən reklam xidmətləri, eləcə də hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Şirkətlər eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya Respublikası Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI”, “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” və “Altın Melek Ödülleri 2025” layihəsində “YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

Azərbaycanın Gəncə şəhərində “Gəncəvi Milli Mukafatı 2025” layihəsində “İŞ ADAMI” milli nominant üzrə mukafatlandırılıb.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir