“Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Sumqayıt və Astarada görüşlər keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Sumqayıt və Astara şəhərlərində şəhid ailələri ilə görüşlər keçirilib.

Görüşlər zamanı şəhid ailələrinin üzvləri layihə barədə məlumatlandırılıb, onları maraqlandıran və narahat edən məsələlərlə bağlı peşəkar psixoloq və hüquqşünas tərəfindən müvafiq dəstək göstərilib.

Layihə çərçivəsində iştirak edən şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Görüşlər zamanı şəhid ailələri üçün nəzərdə tutulan psixoloji və hüquqi dəstək üzrə fərdi konsultasiyalar keçirilib. Belə ki, Sumqayıt və Astara şəhərlərində keçirilən görüşlər çərçivəsindəhər bir şəhər üzrə 10 psixoloji, 5 hüquqi, ümumilikdə isə 20 psixoloji və 10 hüquqi dəstək xidməti göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində daha öncə Bakı şəhərində də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib və müvafiq psixoloji və hüquqi dəstək göstərilib.

Ümumilikdə layihə çərçivəsində şəhid ailələrinə 45 psixoloji və 20 hüquqi dəstək xidməti göstərilib.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir