Javid Seyidali “Best of City  Awards 2026” mükafatına layiq görülüb

Javid Seyidali “Best of City  Awards 2026” mükafatına layiq görülüb.

Bu barədə məlumatı layihənin icraçı direktoru Elnur Məmmədov  məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan biznes səhər yeməyi görüşündə  məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında  tanınmış  ” İş Adamı  – Javid Seyidali ” də yer alıb.

Qeyd edək ki , Cavid Seyidəli Azərbaycanın  premium şərab istehsalçılarından olan SAVALAN  şirkətinin vitse-prezidentidir. O, şirkətin strateji inkişafı, korporativ idarəetmə, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və brendin qlobal bazarda mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. 

2007-ci ildə təsis edilmiş SAVALAN  Azərbaycanın şərabçılıq ənənələrini müasir İtaliya texnologiyaları ilə birləşdirərək yüksək keyfiyyətli premium şərablar istehsal edir. Qəbələnin unikal Savalan vadisində yerləşən üzüm bağları, peşəkar beynəlxalq komanda və keyfiyyətə sadiq istehsal prinsipləri sayəsində şirkət həm yerli, həm də beynəlxalq bazarda ölkəmizi uğurla təmsil edən nüfuzlu brendlərdən birinə çevrilmişdir.

Cavid Seyidəlinin rəhbər heyətində yer aldığı SAVALAN, “Ənənə kimi keyfiyyət, sənət kimi şərab” fəlsəfəsinə sadiq qalaraq Azərbaycan şərabçılıq mədəniyyətinin dünyada tanıdılmasına, innovativ yanaşmaların tətbiqinə və beynəlxalq tərəfdaşlıqların inkişafına mühüm töhfə verməyə davam edir.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir