Jasmin Hüseynzadə “Türk Dünyası Gözəli” nominasiyasına layiq görüldü

Jasmin Hüseynzadə “Türk Dünyası Gözəli” nominasiyasına layiq görüldü

Türk Dünyası Zirvə Ödülləri layihəsinin ilk final mərhələsi Türkiyənin İstanbul şəhərində təşkil olunub. Beynəlxalq qonaqların iştirakı ilə keçirilən qala gecədə layihənin Azərbaycan finalı çərçivəsində 4 yaşlı Jasmin Hüseynzadə diqqət çəkən iştirakçılardan biri olub.Dünyanın müxtəlif ölkələrindən tədbirdə iştirak edən qonaqların səsverməsi və təşkilat komitəsinin seçimi nəticəsində Jasmin Hüseynzadə “Türk Dünyası Gözəli” nominasiyasına layiq görülüb.

2026-cı ildən etibarən Big Model Agency-də modellik təhsili alan Jasmin artıq ilk uğurlarına imza atıb. O, “Best Model of the Kids 2026” yarışmasında 4–6 yaş kateqoriyası üzrə III yerin qalibi olub.Qarşıda Jasmini yeni və maraqlı layihələr gözləyir. Onun yaxın zamanda üç yeni podium çıxışında, eləcə də Mercedes-Benz Fashion Week səhnəsində iştirakı planlaşdırılır.Türk Dünyası Zirvə Ödülləri uşaqların istedadının üzə çıxarılması, onların uğurlarının beynəlxalq səviyyədə tanıdılması və gələcək inkişaflarına dəstək göstərilməsi baxımından mühüm platformadır. Jasminin bu layihə çərçivəsində əldə etdiyi uğur onun gələcək fəaliyyətinə əlavə stimul və motivasiya verəcək.

Jasmin Hüseynzadəni təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər, uğurlu podium çıxışları və beynəlxalq səhnələrdə Azərbaycanı layiqincə təmsil etməyi arzulayırıq.Təşkilatçı: Caspian Events Group

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir