Azərbaycanda keçirilən “Caspian Awards 2026” mükafatlandırma gecəsində moda sənayesində fərqlənən simalardan biri də konstruktor-modelyer və “KHAN” brendinin yaradıcısı Xalid Əsğərxan olub.Tədbirdə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, eləcə də fərqli sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər. Gecədə Xalid Əsğərxan moda sahəsindəki peşəkar fəaliyyəti və yaratdığı fərqli dizayn yanaşmasına görə “Caspian Awards 2026” mükafatına layiq görülüb.Azərbaycan moda sənayesində özünəməxsus baxışı, yüksək estetik düşüncəsi və peşəkar konstruktiv yanaşması ilə seçilən Xalid Əsğərxan fəaliyyətində klassik zərifliyi, müasir couture estetikasını və texniki mükəmməlliyi bir araya gətirərək fərdi yaradıcılıq xətti formalaşdırıb.Onun təsis etdiyi “KHAN” brendi qısa müddətdə premium və fərqli dizayn anlayışı ilə seçilərək zövq sahibi auditoriyanın diqqətini cəlb edib. Brend eksklüziv couture geyimlərin hazırlanması, fərdi sifarişlərin icrası, texniki eskiz və moda konstruksiyası üzrə peşəkar yanaşması ilə tanınır.Xalid Əsğərxan yalnız dizayner kimi deyil, eyni zamanda gələcək moda mütəxəssislərinin yetişdirilməsində də aktiv rol oynayan peşəkar kimi fəaliyyət göstərir. O, modelyerlik, konstruksiya və biçim texnologiyası üzrə praktiki tədris prosesində iştirak edərək yeni nəsil yaradıcıların formalaşmasına töhfə verir.Brendin əsas fəlsəfəsi eksklüzivlik, yüksək keyfiyyət, fərdi yanaşma və estetik mükəmməllik üzərində qurulub. Qədim Şərq incəliyi ilə müasir Avropa couture yanaşmasının harmoniyasını özündə birləşdirən dizaynlar isə sənət və modanın vəhdətini əks etdirir.Xalid Əsğərxanın əsas məqsədi Azərbaycan moda estetikasını beynəlxalq platformalarda tanıtmaq, milli yaradıcılıq potensialını qlobal səviyyəyə daşımaq və moda sənayesində yeni yaradıcı düşüncə formalaşdırmaqdır.“Moda yalnız görünüş deyil — xarakterin sənətə çevrilmiş formasıdır” prinsipi ilə fəaliyyət göstərən Xalid Əsğərxan bu mükafatla moda sahəsindəki uğurlarına növbəti mühüm imza atmış olub.

