Aziz Hajıbalayev “International Pearls Awards 2026” mükafatına layiq görülüb

Aziz Hajıbalayev “International Pearls Awards 2026” mükafatına layiq görülüb.Bu barədə məlumatı layihənin direktoru İlmirzə Ağabəyov məlumat verib.Ötən gün ölkəmizdə baş tutan möhtəşəm “International Pearls Awards 2026” gecəsində Azərbaycanla yanaşı, bir çox ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər.Mükafatçılar sırasında tanınmış ” Beynəlxalq Dərəcəli Stilist Vizajist – Aziz Hajıbalayev” də yer alıb.Qeyd edək ki, O, bu sahəyə uşaqlıqdan maraq göstərmiş, 12 yaşından ilk addımlarını atmış, 16 yaşından isə peşəkar fəaliyyətə başlamışdır. Qısa müddətdə həm Azərbaycanda, həm də Türkiyədə tanınmış ustalardan təlim alaraq özünü inkişaf etdirmiş, beynəlxalq vizajistlərin onlayn kursları ilə biliklərini daha da təkmilləşdirmişdir.Azərbaycan Respublikasının Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzinin məzunu olan mütəxəssis dövlət nümunəli diplom əldə etmişdir.Bu günə qədər yüzlərlə tələbəyə fərdi və qrup dərsləri keçmiş, onları sertifikatlarla təmin etmiş, Bakı ilə yanaşı regionlardan olan çoxsaylı tələbələrin də peşəkar inkişafına töhfə vermişdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin təşkil etdiyi təlimlərdə təlimçi kimi iştirak etmişdir.Bakıda keçirilən bir çox master-klassın müəllifi olan qonağımız, ölkə xaricində də xidmət göstərərək peşəkarlığını beynəlxalq səviyyədə nümayiş etdirmişdir.“International Pearls Awards 2026” layihəsinin keçirilməsində göstərdiyi dəstəyə görə Baş Sponsorlarımız – Flax Project və White Star Cleaning xüsusi olaraq qeyd olunur.Tədbirin təşkilatçısı Caspian Events Group və Luxury Society Baku olaraq, Baş Sponsorlarımız Flax Project və White Star Cleaning-ə göstərdikləri dəstəyə görə təşəkkür edirik.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir