Təməl Tort Kursu “By Samirə Nəbiyeva” “Caspian Awards 2026” mükafatına layiq görülüb

Təməl Tort Kursu By Samirə  Nəbiyeva “Caspian Awards 2026” mükafatına layiq görülüb.

Bu barədə məlumatı Layihənin Direktoru İlmirzə Ağabəyov məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan gecədə Azərbaycanla yanaşı bir çox başqa ölkələrdən məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında  olan tanınmış  ” Peşəkar Qənnadçılıq Təlim Mərkəzi – Təməl Tort Kursu ” da  yer alıb.

Qeyd edək ki ,Premium qənnadçılıq brendi olan “Mələk Şirniyyat Evi”nin  rəhbəri və baş şefi Nəbiyeva Samirə uzun illərə dayanan peşəkar təcrübəyə malikdir. O, mütəmadi olaraq beynəlxalq kurs və təlim proqramlarında iştirak etmiş, kulinariya sahəsində yüzlərlə sertifikat və diploma layiq görülmüşdür.
Samirə xanım özünəməxsus yanaşması, kreativ baxışı və peşəkarlığı ilə qənnadçılıq sahəsində fərqli üslub formalaşdıraraq bir çox yeniliklərə imza atmışdır.
Bu uğurlu fəaliyyətin davamı olaraq, “Mələk Şirniyyat Evi” bu gün peşəkar təlim mərkəzi kimi fəaliyyət göstərən “Təməl Tort Kursu” layihəsini təqdim edir. Samirə xanım burada yüzlərlə tələbənin yetişməsinə, bilik və bacarıqlarının inkişafına dəstək göstərərək yeni peşəkarların formalaşmasına töhfə verir.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir