İspaniya Kubokunun yarımfinalında üz-üzə gələn “Barselona” və “Atletiko” əsrin rekorduna imza atıblar.
Siyasi.az xəbər verir ki, komandaların şəxsi oyunlarda vurduğu qollar XXI əsrin rekordu olub.
Sonuncu dəfə 1997-ci ildə baş tutan görüşdə səkkiz və ya daha çox qol vurulmuşdu. Ölkə kubokunun 1/4 finalına təsadüf edən qarşılaşma “Barselona”nın 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, “Barselona” – “Atletiko” matçında qalib müəyyənləşməyib – 4:4. Komandalar arasında yarımfinalın cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.