Çempionların komandası finalda – FOTO

Ötən gün Bakı Su İdmanı Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında Badamlı baş sponsorluğu ilə keçirilən Star Cup Azerbaijan turnirinin ilk yarımfinal oyunu baş tutub.

Siyasi.az xəbər verir ki, gərgin və dramatik mübarizəyə səhnə olan qarşılaşmada güləş üzrə olimpiya mükafatçıları, dəfələrlə dünya, Avropa çempionatlarının qalibi olmuş Hacı Əliyev və Rafiq Hüseynovun çıxış etdiyi “Platinum” komandası “Mahal” üzərində 8:7 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.

“Platinum” komandasının finaldakı rəqibi isə 28 iyun tarixində keçiriləcək digər yarımfinal matçından sonra bəlli olacaq.

Qeyd edək ki, turnirin üçüncülük və final qarşılaşmaları 2 iyul tarixində Avropa Oyunları Parkının çimərlik futbolu stadionunda baş tutacaq.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir