Bu dəfə Strateji.az saytı olaraq avtomobil sevənlərin, xüsusi ilə də “Land Rover” həvəskarlarını maraqlandıran mövzulara toxunduq. “Rover City” avtoservisinin əməkdaşı, “Land Rover” markası üzrə mütəxəsiss, Roverstore.az saytının rəhbəri Malik Əliyev Strateji.az saytının suallarını cavablandırıb.
-İlk öncə istərdim ki, fəaliyyətiniz haqqında məlumat verərdiz.
Adım Malik Soyadım Əliyevdir. Avtoservisdə avtomobillərin təmiri ilə ilə məşğul oluruq. Avtomobillərin ehtiyat hissələrinin olduğu anbarımız var. Həmin anbarın vasitəsi ilə ehtiyat hissələrinin satışı ilə də məşğuluq. Eyni zamanda avtomobillərin təmir və sevis xidmətlərini həyata keçiririk. “Rover City” adlı avtoservesimizdə “Land Rover” və “Jaguar” markalarının sahiblərinə xidmət göstəririk. Fəaliyyət sahəmizə də bütün xidmətlər daxildir. Bunlar mühərrik təmiri, çilingər işi, elektrik ,rəngsiz dəmirçi işi və bundan əlavə bir çox xidmət sahələri fəaliyyətimizə aiddir.

-Neçə ildir ki, fəaliyyət göstərirsiz ?
-Sırf “Land Rover” markalı avtomobillərlə bağlı “Rover City” nin rəhbəri Adil Əliyevin rəhbərliyi ilə 2012-ci ildən fəaliyyətə başlamışıq. Ancaq buna qədər fərqli markalarıda təmir edirdik.
-Hal-Hazırda sizə “Land Rover”dən başqa marklara görə müraciət edən olur?
-Olur. Ancaq biz həmin müştərilərə bildiririk ki, biz yalnız “Land Rover” və “Jaguar” markalarının sahiblərinə xidmət göstəririk.
-Niyə məhs “Land Rover”i seçdiz? Bu avtomobilin hansı spesifik xüsusiyyətləri var?
-“Land Rover” brend markadır, daha prestijli markadır.Biz bazara baxdıqda sırf “Land Rover”in istər satışı olsun, istər xidmət sahəsi olsun digər markalara nisbətdə daha yüksək kefiyyətdə olur.

-“Land Rover” sürücüləri daha çox sizə hansı problemlərlə müraciət edir? Bəzən buna problemli maşın da deyilir.
-Baxır problemlərə. “Land Rover”in bir çox aktual problemləri olur. “Land Rover”in bir çox problemləri olur ki, bunlar mühərriklə bağlı olan məsələlər deyil. Bunlar bəzən elektronla bağlı olur. Onu demək istəyirəm ki, “Land Rover”in elektron detalları həddindən artıq çoxdur. Başqa servislərdə, qaraj tipli yerlərdə bu avtomobili düzgün təmir etməyəndə əlavə problemlər də yaranır. Bir çox insanlar elə zənn edir ki, “Land Rover” problemli maşındır. Ancaq düzgün yerə gətirildiyi zaman, düzgün qulluq olunduğu zaman bir iş bir dəfə görülür və heç problem çıxmır.
-Özününz qeyd etdiz ki, “Land Rover”i fərqli avtoservislerə aparmaqla ona düzgün olunmayan qulluq olur. Siz oxuculara nə məsləhət görürsüz ? “Land Rover” markası ancaq “Land Rover” mərkəzlərinə götürülməlidir ?
-Bilirsiz elə ustalar var ki, onlar universaldır. Bütün markalardan anlayışı var . Bunlar “Land Rover”i də təmir edə bilərlər. Mühərriyin kəmərini, zəncirini dəyişə bilərlər. “Land Rover” bir az unikal avtomobildir. Elə problemlər var ki, bunu ancaq “Land Rover”ə aid olan avtoservislərdə həll edə bilərlər. Bir var ümumi avtomobillər üçün kompüter sistemi olur. Bir də var kı “Land Rover”ə özəl xüsusi proqramlar var. Biz təmir zamanı “Land Rover”a özəl hazırlanmış proqramlarla baxdığımız problemləri daha köklü şəkildə görüb həll edə bilərik. Müxtəlif markaları təmin edən qarışıq proqramlardan istifadə zamanı problemləri kökündən həll etmək mümkün olmur.Məsələm elə problemlər olur ki, biz onların həlli üçün rəsmi sevisə və xarici dövlətlərə müraciət edirik. Hansıa problemləm zamanı kodu bizə göndərməyi xahiş edirik.Biz bu kodlarla problemin həllini tapa bilirik.

-“Land Rover”in detalları bəzən deyirlər çox bahadır. Bu fikrilə razılaşırsız ? Orta statistik azərbaycanlı bu “Land Rover” alsa onun təmiri ona baha başa gəlməz ?
-Mən deyərdim ki, yox.Bu günki gün yox. 5 il bundan qabaq olsaydı. Razılaşardım sizinlə. Çünki o zaman “Land Rover”in detallarının ölkəyə daxil olması da baha idi, satışı da baha idi. İstər ehtiyat hissələri, istər servislərin sayının çoxalması qiymətlərin azalmasına mühim təsir edir. Digər bahalı brend marakalara baxdıqda “Land Rover”in detalları və təmiri ucuzdur.
-“Land Rover” almaq istəyənlərə bu sahənin mütəxəssisi kimi nə məsləhət görərdiz ? Hal-hazırda başqa marka avtomobili olan şəxslər “Land Rover” almaq istəsələr onlara tövsiyəniz nə olar ?
-İstənilən marka avtomobil aldğınız zaman birinci mütəxəssisə müraciət etmək lazımdır.Mütəxəssisə göstərmədən avtomobil almaq yalnışdır. “Land Rover” almaq istəyənlər isə yaxşı olardı ki, rəsmi servisə və bizim kimi “Land Rover” markası üzrə ixtisaslaşmış avtoserverlərə müraciət etməlidir. Çünki çox zaman maşını alan insan problemlərdən yaxa qurtara bilməyidiyi üçün maşını satır. Ancaq alan da problemlərdən xilas ola bilmir. Hər dəfə deyir ki, iki-üç aydır almışam avtomobili ustalardan yaxam qurtarmır. Amma avtoservisə müraciət edən zaman həm problemləri aşkar edə bilərik, həm də gələcəkdə avtomobilin təmiri zamanı xidmət göstərə bilərik. Həm də məsləhət verə bilər ki, hansı yol şəraitində istifadə oluna bilər. “Land Rover” yolsuzluq şəraitində bir az istifadəyə tamam yararlı güclü bir avtomobildir. Mütəxəsissin rəyi olmasa əlavə problemlər yarana bilər. Avtomobilin bəzi qulluqları varki, vaxtı-vaxtında edilməldir. Bunlar vaxtında edilmədiyi zaman əlavə problemlər yaranır. Yəni bir iş iki dəfə görülür.

-Sizin rəhbərliyiniz ilə Azərbaycanda anoluqu olmayan yeni bir sayt fəaliyyətə başlayıb. İsrərdim ki, roverstore.az saytı haqqında istərdim ki, bir az məlumat verərdiz.
-Roverstore.az saytının müştərilərin istər xidmətlərə, istər ehtiyat hissələrə vasitəçi olmadan əlçatanlığını təmin etmək üçün yaradılmışdır. Müştərilər saytdan istifadə etdiyi zaman ehtiyat hissələri bir başa mağazadan əldə edə bilər. Bu da müştərilərin əlavə xərclərinin çıxmaması üçün nəzərdə tutulub. Bu saytda ehtiyat hissələri ilə yanaşı avtomobillərin satışıda mövcuddur. Burda sayt istifadəçisi vasitəçi olmadan avtomobil alıb-sata bilir. Müştəri özünün “Land Rover” avtomobilini satıb. Keçmiş avtomobilindən ehtiyat hissələri qalıb. Onu bizim sayt vasitəsi ilə vasitəçisiz sata bilər. Nəticədə saytın istifadəçisinin məhsulu da bir pəncərədən satıla bilər.

-Roverstore.az saytına müraciət edən şəxslər xaricdən hansısa bir detalı sifariş edə bilərlər ?
-Əlbətdəki, saytın ən üstünlüklərindən biri odur ki, Azərbaycanda olmayan məhsulu sifariş vermək olur. İstifadəçi bizə admin panelə sorğu göndərir. O sorğu bizə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə bizə müraciət edir. Biz də “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxslə təmasa keçirik. Həmin detalın fərqli ölkələrdə fərqli qiymətləri barəsində məlumat veririk. Müştəri özü seçim edəndən sonra biz həmin detalı ona təqdim edirik.
-Bundan əlavə saytda sizin xidmətlərinizdə yer alır?
-Bəli saytda bizim avtoservislə xidmətlərimiz də yer alır, anbarlarda olan məhsullarımız barəsində də məlumat verilir. Biz saytda daha yeni xidmət növləri yaradacağıq. Bundan əlavə olaraq ilk dəfə saytımızda vakansiya bölməsi olacaq. İşçi axtaran və işləmək isyətənlər bu bölmədən istifadə edə biləcək.
-Bəs özünüz işçi yetirirsiz ?
-Təbii ki. Hal-hazırda elə bizim direktorumuz Adil ustanın oğlu texniki peşə məktəbində çilingərlik üzrə təhsil alır. Praktikasını bizim avtoservisdə davam etdirir. Hal-hazırda usta köməkçisi kimi fəaliyyət göstərir. O texniki peşə mərkəzini bitirdikdən sonra müstəqil usta kimi fəaliyyət göstərəcək. Bundan savayı başqa servislərdə usta kimi fəaliyyət göstərən şəxslər var ki, müəyyən müddət Adil ustanın köməkçisi olub. Bir müddətdən sonra isə halallıq alaraq özləri müstəqil usta kimi fəaliyyətə başlayıb. Servisdə ustaların şəraiti ilə bağlı onların təkiminləşməsi ilə bağlı burada və başqa servirlərdə işləmək üçün şərait yaradırıq.

-Çox sağ olun Malik müəllim. Bu gün “Land Rover” həvəskarlarını maraqlandıran çox önəmli məlumatlar, tövsiyələr verdiz.
-Mən sizə təşəkkür edirəm . İnanıram ki, verdiyim məlumatlar və tövsiyələr “Land Rover” həvəskarlarının xeyrinə olacaq.
//Nəzərbəy Hacıağayev, Strateji.az