Fərqli kansepsiyada təşkil olunan lahiyədə öz işində uğur qazanan Ruslan Əhmədov seçilənlər sırasında olub. Ötən gün ölkəmizdə baş tutan gecədə Azərbaycanla yanaşı bir çox ölkələrdən məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər.
Qeyd edək ki Ruslan bəy ADMİU Kino-rejissorluq ixtisasını qırmızı diplomla bitirmişdir. Hal-hazırda Bakı Media Mərkəzində prodüser vəzifəsində işləyir. Bununla birlikdə, bir çox beynəlxalq və yerli proyektlərdə birbaşa olaraq prodüser olaraq iştirak etmişdir. Öz təcrübəsinə və xarici dil biliyinə görə Azərbaycan mediasının inkişafına müxtəlif xarici ölkələrdəki proyektlərdə iştirak edərək töhvələrini verməyə davam edir.

